AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
26 sentyabr 2020
3 193


Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB



Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

 

Valideynlər məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklərlə yanaşı, tələb olunan əlavə vəsaitlərdən narazılıq edirlər.

Bu barədə bir qrup valideyn tərəfindən Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb. Valideynlər iddia edir ki, məktəblərdə müəllimlər riyaziyyat fənninin tədrisində Təhsil Nazirliyinin tədris prosesi üçün təsdiq etdiyi kitablardan əlavə vəsaitlərin alınmasını tələb edirlər:

"Söhbət Mübariz Namazovun riyaziyyat kitabçasından gedir. Sözügedən kitabın bu qədər önəmli olmasının və məcburi qaydada şagirdlərə aldırılmasının səbəbi nədir? Hər il yeni nəşrinin alınmasını istəyirlər. Əgər M.Namazovun hazırladığı dərslik Təhsil Nazirliyinin tədris üçün təsdiq etdiyi riyaziyyat kitablarından daha effektlidirsə, onu da kitaba əlavə etsinlər. Valideynlərin maddi durumu həmin əlavə vəsaitləri almağa imkan vermir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar:

"Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər. Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər.

Amma bununla yanaşı onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

Dərsliklərin paylanılması başa çatıb

Dərsliklərin paylanılması başa çatıb

Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidməti tələb olunur

Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidməti tələb olunur

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib

Bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

Yeni dərsliklər istifadəyə verildi

Yeni dərsliklər istifadəyə verildi

DİM dərs vəsaitlərini niyə bahalaşdırır? - Valideynlər NARAZIDIR

DİM dərs vəsaitlərini niyə bahalaşdırır? - Valideynlər NARAZIDIR

Nazirlik: “İstək” liseyinin şagirdləri digər məktəblərə yerləşdirilir

Nazirlik: “İstək” liseyinin şagirdləri digər məktəblərə yerləşdirilir

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq

Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlik rəy bildirdi

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlik rəy bildirdi

Təhsil Nazirliyindən baş nazirin tədris ilinin müddəti barədə qərarı ilə bağlı açıqlama

Təhsil Nazirliyindən baş nazirin tədris ilinin müddəti barədə qərarı ilə bağlı açıqlama

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab