Xəbərlər
06 mart 2017
3 433


13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

 

2016-cı ildə təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib.
 
Aztehsil.com apa-ya istinadən məlumat verir ki, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında bildirilib ki, 15 regionda Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzlərinin fəaliyyəti təşkil edilib. Yeni mexanizmin tətbiqi regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib. 
 
2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 47 təhsil müəssisəsinin (30 məktəbəqədər, 7 ümumtəhsil, 2 ilk peşə-ixtisas, 3 orta ixtisas, 2 ali təhsil və 3 əlavə təhsil müəssisəsi) fəaliyyətinə lisenziya verilməsi ilə bağlı rəy bildirilməsi üçün Təhsil Nazirliyinə müraciət olunub. Nazirliyin müvafiq ekspert qrupları İqtisadiyyat Nazirliyinin nümayəndəsi ilə birlikdə müəssisələrə baxış keçirib. Ekspert qrupları tərəfindən 34 təhsil müəssisəsi (20 məktəbəqədər, 7 ümumtəhsil, 1 ilk peşə-ixtisas , 1 orta ixtisas, 4 ali və 1 əlavə təhsil müəssisəsi) haqqında müsbət, 13 təhsil müəssisəsi haqqında (9 məktəbəqədər, 2 orta ixtisas, 1 ilk peşə-ixtisas və 1 əlavə təhsil müəssisəsi) mənfi rəy hazırlanıb və İqtisadiyyat Nazirliyinə təqdim edilib.
Məqalə Göndər








Загрузка...