AzTehsil.com


Xəbərlər / Valideyn / Şagird
20 sentyabr 2020
1 478


Uşağı dərs oxumağa necə həvəsləndirməli?



 

Övladınız artıq müstəqil şəkildə gününü təşkil etməyə hazırdır. Bu məsuliyyəti boynuna götürməklə o həm də özünü valideynlərindən asılı olmayaraq idarə etməyə can atır. Fürsətdən istifadə edərək ev tapşırıqlarını yerinə yetirməyi övladınızın öhdəsinə buraxın. 

Bunu necə edəcəyini onunla müzakirə edin. Bir neçə variant təklif edə bilərsiniz. Bəzi uşaqlar bütün tapşırıqları müəyyən zaman kəsiyində etməyi bacarır. Digərlərinin isə tapşırıqlar arasında fasiləyə ehtiyacı olur. Siz övladınızın dərsdən sonra düzgün qidalanmasının, istirahət etməsinin (bu yuxu, yaxud onun sevdiyi oyun şəklində ola bilər), dərslərini yerinə yetirmək üçün lazım olan ləvazimatların olmasının və otaqda diqqəti yayındıracaq  amillərin (televizor, kompüter və s.) olmamasının qayğısına qalmalısınız. Vaxtaşırı dərslərin ardıcıllığını planlaşdırmaqda köməyinizi təklif edin. Dərslərin çətindən başlayıb asana doğru edilməsini məsləhət görün. 



Загрузка...