Xəbərlər, Ekspert
16 sentyabr 2020

Dövlət müstəqilliyinin bəxş etdiyi nemətlərdən biri də budur ki, biz təhsil sistemimizi xalqımızın tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.

Dövlət müstəqilliyinin bəxş etdiyi nemətlərdən biri də budur ki, biz təhsil sistemimizi xalqımızın tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.

 

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciətində deyilir: "Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür…

Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir”.

Prezidentin müraciətindəki bu fikirlər bir daha göstərir ki, bəşəri təhlükə olan pandemiya dövründə də, sosial-iqtisadi çətinliklərlə üzləşdiyimiz bir şəraitdə belə təhsil dövlət siyasətinin prioritet sahəsidir, ölkə rəhbərinin diqqət mərkəzindədir, dövlətin və əlaqədar qurumların tam nəzarətindədir. Təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunur və bütün maddi və mənəvi resurslar səfərbər edilib.

 Bu fikirləri AZERTAC- a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O bildirib ki, yeni tədris ilində təkcə üç ali məktəbin – Gəncədə Dövlət Aqrar, Azərbaycan Dövlət İqtisad, ADA universitetlərinin yeni korpuslarının istifadəyə verilməsi, burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şəraitin yaradılması həmin ali təhsil müəssisələrinin tezliklə beynəlxalq reytinqlərdə irəliləməsinə lazımi imkanlar açacağına hər kəsdə tam əminlik yaradır.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun modelin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Strategiyanın qəbul edilməsindən keçən müddət ərzində hədəflərə çatmaq istiqamətində hər şeydən əvvəl əsaslı tikinti, təmir və təchizat, digər infrastrukturların yaradılması və daha da təkmilləşdirilməsi, təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində nəzərə çarpacaq işlər görülüb.

Ali təhsilin açıq və əlçatanlığı istiqamətində sistemli addımlar atılıb. Xeyli tələbə dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanıb, dövlət sifarişli plan yerlərinin sayı artırılıb. Eyni zamanda, təhsilin müxtəlif pillələrində bu illər ərzində təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində irəliləyiş əldə olunub. Son illər, eyni zamanda, Azərbaycanda ümumtəhsil məktəblərində buraxılış və ali təhsil müəssisələrinə yeni imtahan modellərinin tətbiqi ilə yadda qalıb.

Məktəbəqədər və məktəbəhazırlıq şəbəkəsinin genişləndirilməsi, ailə tipli, icma əsaslı qrupların fəaliyyətə başlaması, regionlarda yeni tipli təhsil müəssisələrinin filiallarının açılması, modul tipli məktəblərin quraşdırılması geniş vüsət alıb.

"Təhsil sistemində prioritet istiqamətlərimiz, məqsədimiz müəyyənləşib, vəzifələrimiz aydınlaşıb, sistemin tam oturuşması üçün hədəflərimiz dəqiqləşib. Dövlət müstəqilliyinin bəxş etdiyi nemətlərdən biri də budur ki, biz təhsil sistemimizi xalqımızın tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Yeni tədris ilinin də bütün sahələrdə olduğu kimi, təhsildə aparılan məqsədyönlü işlər, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklərlə yaddaqalan illərdən birinə çevrilərək təhsil tariximizdə yer tutacağına əminəm”, – deyə Nadir İsrafilov qeyd edib.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Deputatdan təhsillə bağlı TƏKLİFLƏR

Deputatdan təhsillə bağlı TƏKLİFLƏR

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Təhsildə inqilab edən strategiya 6 yaşında

Təhsildə inqilab edən strategiya 6 yaşında

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Yeni dərs ilinin başlayacağı tarix açıqlandı - RƏSMİ

Yeni dərs ilinin başlayacağı tarix açıqlandı - RƏSMİ

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"