Balaken.info xəbər verir ki, Rayonumuzun deputatı Nəsib Məhəməliyev illərdi formalaşdırdığı ənənəyə sadiq qalaraq 2020 - 2021 - ci illər tədris ilində bir qrup valideyin himayəsindən məhrum və aztəminatlı ailənin məktəb yaşlı övladını məktəbli forması ilə təmin olunmasına kömək etmişdir. Təhsil almaq hər bir insanın hüququdur.
Hər birimizin borcudur ki, gələcəyimizin təminatçısı olan bu balaların rahat şəkildə təhsil alması üçün hər tərəfli şəriət yaradaq. Təkcə yeni tədris ili münasibəti ilə ölkədə cənab prezidentin tapşırığı ilə onlarla yeni məktəb binası istifadəyə verilmiş, həmçinin məktəblilərin sosial rifahını yaxşılaşdırmaq üçün daim öz humanist davranışları ilə xalqımızın qəlbində özünə yer tapmış dəyərli Mehriban xanım Əliyevanın rəhbərliyik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox lahiyə icra edilmişdir.
Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın gəncliyi olan sagird və tələbələrin yanında olmuş, Azərbaycan təhsilinin yüksək inkişaf mərhələsinin əsasını qoymuşdur. Məhz bu siyasət hazırda cənab prezidentimiz tərəfindən də davam etdirilir. Daim ümumilli liderin yolu ilə gedən, cənab prezidenti və birinci vitse - prezidentin siyasitəni var gücü ilə dəstəkləyən Nəsib Məhəməliyev də bu siyasi xətti örnək götürərək rayonumuzda təhsilimizin gələcəyi üçün bu cür əhəmiyyətli işlər görmüşdür və hazırda da bu işi davam etdirir. Şagirdlərə verilən dəstəkdən əlavə cənab deputatımız bu tədris ilində həmçinin aztəminatlı ailələnin ali məktəbə qəbul olub tələbə adını qazanmış övladını da təhsil haqlarının ödənilməsinə yardım etmişdir. Görülən işlərin hər biri Azərbaycanın gələcəyi üçündür. Təki Azərbaycan gəncliyi sağlam, savadlı və etibarlı əllərdə olsun.
Deputat Nəsib Məhəməliyev özünün "Facebook" səhifəsində müəllimləri, tələbə və şagirdləri təbrik edib.
Balaken.info xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli müəllimlər, əziz tələbələr, şagirdlər!
Hər birinizi 15-sentyabr "Bilik günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı,tədrisdə və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Tale belə gətirdi ki, koronovirus pandemiyasına görə fevral ayından başlayaraq bir çox sahələrdə olduğu kimi, təhsilin keyfiyətli tədrisində də problemlər yaranmışdır. Pandemiyanın sonu nə vaxt olacağı barədə hələlik dəqiq məlumatlar yoxdur. Ancaq bu normal təhsil almaq, biliklərinizi artırmaq üçün maneçilik törətməməlidir. Son illər Azərbaycanda 3500-dən artıq yeni məktəb tikilmişdir və tikilməkdədir. Əksər məktəblər əsaslı təmir olunmuş, istisnasız olaraq bütün ali məktəb binaları təmir olunmuş, yeni universitetlər, korpuslar tikilmişdir. Tələbələrin, şagirdlərin keyfiyyətli təhsil almaları, elmi biliklərə yiyələnmələri üçün ən müasir şərait yaradılmışdır. Bütün bunlardan səmərəli istifadə edərək, xalqına,dövlətinə layiq vətəndaş yetirmək,yetişmək isə, ilk növbədə müəllimlərin və təhsil alanların borcudur. Ümidvaram ki, 2020-2021-ci tədris ilinin sonuna qədər Covid-19 yox olacaqdır.
Bir daha təbrik edirəm və bol-bol uğurlar arzulayıram.