Xəbərlər / İlk peşə təhsili
07 sentyabr 2020
1 150


Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi davam edir

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi davam edir

 

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi davam edir. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, II mərhələ Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ödənişsiz formada aparılır. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.
 
Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Elektron tələbə qəbulunun I mərhələsində uğur qazanmamış şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Bundan əlavə, I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edənlərə də II mərhələyə qatılmaq imkanı yaradılıb.

Qeydiyyatdan keçən namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edənin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat "Şəxsi kabinet” bölümündə yenilənir.

İkinci mərhələ üzrə qəbulun nəticələri sentyabrın 15-i saat 20:00-da elan ediləcək. Müsabiqədə iştirak edənlərə nəticə barədə SMS vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərənlərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar "Şəxsi kabinet” bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-dan 24-dək elektron qaydada həyata keçirilib.

Ümumilikdə peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Peşə təhsili müəssisələrində tədris dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili müəssisələrində büdcə hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardım alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Əcnəbilər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər

Əcnəbilər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər

Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq

Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq

Nazirlik peşə təhsili müəssisələrinə daxil olanlara müraciət etdi

Nazirlik peşə təhsili müəssisələrinə daxil olanlara müraciət etdi

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir

Sənəd qəbulunun ikinci turu

Sənəd qəbulunun ikinci turu

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə məktəblərinə qəbul olanların sayı açıqlandı - İkinci mərhələdə

Peşə məktəblərinə qəbul olanların sayı açıqlandı - İkinci mərhələdə

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir