Xəbərlər, Valideyn, Şagird
31 avqust 2020

“Dərs vaxtı” proqramının yayımına start verilir

“Dərs vaxtı” proqramının yayımına start verilir

 

Sentyabrın 1-dən "Mədəniyyət” telekanalında "Dərs vaxtı” proqramının yayımına  start verilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. 

Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri əvvəlcədən paylaşılacaq.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilən dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook” səhifəsindən, eyni zamanda "Təhsil” televiziyasının "Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.




Загрузка...
loading...