AzTehsil.com


Xəbərlər
01 mart 2017
11 013


“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur



“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

 

İbtidai sinif müəllimlərinin imtahan olunacağı ilə bağlı məlumatlar yayılıb. Aztehsil.com xəbər verir ki, tanınmış təhsil eksperti Nadir İsrafilov öz feysbuk profilində məsələyə münasibət bildirib:
"Deyilənlərə və yazılanlara görə İbtidai sinif müəllimlərinin imtahan olunacağı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin cavabında bildirilib ki, tabeliyində olan ümumi təhsil məktəblərinin Fəaliyyət Planının "Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” bəndinə əsasən, pedaqoji fəaliyyətin düzgün planlaşdırılması, didaktik qabiliyyətlərin üzə çıxarılması və tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi istiqamətində vaxtaşırı olaraq məktəbdaxili müxtəlif fəaliyyətlər icra olunur:
 
Elə isə sual olunur, yəni "Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” üçün imtahandan başqa digər bir optimal yol yoxdurmu? Necə olur, imtahan verərək orta məktəbi bitiririk, imtahan yolu ilə ali məktəb diplomuna yiyələnirik, işə qəbul zamanı çox mərhələli imtahandan keçirik.Diaqnostik qiymətləndirmə hələ tam başa çatmayıb. Qarşıdan hələ hansı sınaqlarla üzləşəcəyimiz məlum olmayan attestasiya gəlir. Bu yandan da "müxtəlif fəaliyyətlər” adı altında yeni imtahan yoxlaması keçiririk. Müəllim bu arası kəsilmək bilməyən imtahanlara hazırlaşsın, yoxsa uşaqların qabağına çıxacağı dərslərinə? 
 
Ümumiyyətlə direktorun və ya digər məmurun tapşırığı ilə eyni məktəbin müəlliminin həmkarından imtahan götürməsi digərini aşağılamaq deyilsə, bəs onda bunun başqa adı nədir? Bəlkə bir ara fasilə verək, müəllimə qarşı bu dərəcədə etimadsızlıq göstərməkdən bir az çəkinək? Bəlkə hədəfi müəllimə deyil, ona diplom verənə, hazırda qeyri- peşəkar hesab etdiyimiz həmin müəllimi bəh-bəhlə ışə götürənə yönəldək? Sözün kəsəsi "pedaqoji fəaliyyətin düzgün planlaşdırılması, didaktik qabiliyyətlərin üzə çıxarılması və tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi” üçün professor Əjdər Ağayevin ibarəsi ilə desək "imtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur".



Загрузка...