AzTehsil.com


Xəbərlər
18 avqust 2020
2 223


Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər - AÇIQLAMA



 

Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167-si isə sağalıb.

İki nəfər isə dünyasını dəyişib. Bu artım ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir?

Bununla bağlı  sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir: "Birinci dalğa bitməmiş artım olarsa, bu artıq infeksiya baş verməsi deməkdir. May ayında da da bu hal təkrarlanmışdı. Ona görə də situasiya bilinmir. Bu baxımdan bizdə infeksiya da ola bilər, ya da birinci dalğa azalıb sona çatmaqla ikinci dalğa başlaya bilər.KONKRET.az 



Загрузка...