AzTehsil.com
EN


Xəbərlər / Müəllim
16 avqust 2020
4 427


Murad Camalzadə: “Test imtahanları başa çatdıqdan sonra hər bir namizəd öz nəticələri ilə ətraflı tanış ola biləcək”



Murad Camalzadə: “Test imtahanları başa çatdıqdan sonra hər bir namizəd öz nəticələri ilə ətraflı tanış ola biləcək”

 

Son illər ölkəmizin təhsil sistemində davamlı surətdə həyata keçirilən müəllimlərin işə qəbulu imtahanları səriştəli, hazırlıqlı, yüksək motivasiyalı təhsilverənlərin ümumtəhsil müəssisələrinə gəlməsinə imkan verib. Bu proses son illərin ən mühüm keyfiyyət göstəriciləri ilə müşayiət olunmaqdadır. Müəllimlərin işə qəbulu prosesinin şəffaflığı, əlçatanlığı və nəticələri təhsil sistemində müsbət inkişaf dinamikasının güclənməsi, rəqabətli təhsil mühitinin formalaşması, müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarıb.

Avqustun 14-dən start götürəcək müəllimlərin işə qəbul müsabiqəsinin bütün dünya təhsil sistemlərini sınağa çəkən koronavirus pandemiyası dövrünə təsadüf etməsi bu prosesin təşkili, keçirilməsi şərtlərində də özünü göstərməkdədir. Bunlar barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə avqustun 11-də jurnalistlərə açıqlamasında bildirib.

İmtahanlar 17 bölgədə  keçiriləcək

2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün 50 mindən artıq vətəndaşın qeydiyyatdan keçdiyini bildirən M.Camalzadə əlavə edib ki, 46 mindən artıq şəxs test imtahanlarına qatılmaq imkanı qazanıb. Hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi olan test imtahan mərhələsinə hazırlıq gedir. M.Camalzadə qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq builki test imtahanlarının təşkili ilə bağlı müəyyən fərqlər var. Bu da mövcud olan indiki şəraitlə bağlıdır, kütləvi sayda insanların eyni əraziyə cəmləşdirilməməsi, eyni zamanda giriş-çıxış məhdudiyyətləri və s. nəzərdə tutulub. Əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, cari ildə test imtahanları müvafiq, namizədlərin yaşadığı əraziyə uyğun olaraq 17 bölgədə təşkil edilən 32 mərkəzdə keçiriləcək. İmtahanların davam etmə müddəti 90 dəqiqədir. İmtahanlar avqust ayının 14-dən başlayaraq, şənbə və bazar günləri istisna olmaqla 18 gün davam edəcək. Test imtahanlarının təqribən sentyabr ayının ilk 10 günlüyündə başa çatdırılması planlaşdırılır. Mövcud pandemiya şəraiti, eyni zamanda planlaşdırma işləri ilə əlaqədar olaraq imtahan tarixləri haqqında məlumat hissə-hissə və avqustun 11-dən etibarən yaxın günlərdə keçiriləcək test imtahanları ilə bağlı məlumatlar- fizika, fransız dili, biologiya, Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət, rus dili və ədəbiyyat fənləri üzrə imtahanların qrafikləri namizədlərin şəxsi səhifələrinə göndərilib. Digər fənlər üzrə də məlumatlar yaxın günlərdə mütəmadi olaraq namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 

Daha bir dəyişiklik…

 M.Camalzadə qeyd edib ki, bu il test imtahanları ilə bağlı daha bir dəyişiklik həyata keçirilib. Belə ki, test imtahanlarının tərkibində 60 sual vardır. Bu il suallar toplusundan məntiqə dair suallar çıxarılıb ki, bu da vacib dəyişikliklərdən biridir. Beləliklə də namizədlərə 40 ixtisas  və  metodikaya dair 20 sual təqdim ediləcək. Bu il Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ən vacib dəyişikliklərdən biri test imtahanları başa çatdıqdan sonra hər bir namizədin öz imtahan nəticələri ilə tanış olmaq imkanı əldə etməsi ilə bağlıdır. M.Camalzadə vurğulayıb ki, əvvəlki illərdə namizədlər imtahan bitdikdə yalnız ümumi nəticəni, yəni neçə bal topladığını, hər bölmə üzrə topladığı balların sayını öyrənə bilirdi. Ancaq hansı suala səhv cavab verdiyini, səhv cavablandırdığını görə bilmirdi. Namizəd hansı sualda səhv etdiyini bilmək istəyirdi. Ona görə də əlavə apelyasiya mərhələsinə müraciət etməyə məcbur olurdu. 

Nazirlik rəsmisi əlavə edib ki, builki dəyişikliyə əsasən imtahan bitdikdən sonra hər bir namizədə imtahan zalını tərk etməzdən əvvəl 10 dəqiqə vaxt veriləcək. Namizədin imtahan verdiyi kompüterdə səhv cavablandırdığı suallar onların özlərinə təqdim ediləcək. Bu da Təhsil Nazirliyi tərəfindən keçirilən ən vacib dəyişikliklərdən biridir ki, namizədlər səhv cavablandırdıqları suallarla da tanış ola bilsinlər.

Maskadan istifadə məcburidir

M.Camalzadə imtahanların zəruri sanitar-epidemioloji tələblərə əməl olunması şəraitində keçiriləcəyini bildirib. İmtahanlar ərəfəsində TƏBİB ərazi bölmələrinin metodiki göstərişinə əsasən müvafiq tənzimləmə işləri davam etdirilir. Belə ki, mütəmadi olaraq imtahan keçirilən binaların dezinfeksiya işləri həyata keçirilir, eyni zamanda hər imtahan seansı başa çatdıqdan sonra imtahan zalında namizədin əyləşdiyi masanın, təmasda olduğu yerlərin dezinfeksiya məhlulları ilə təmizlənməsi təmin ediləcək. İmtahan binasına girərkən namizədlərin hərarəti ölçüləcək, imtahana yalnız hərarəti 37 dərəcədən aşağı olanlar buraxılacaq. Namizədlərin imtahana maskada gəlməsi də vacib şərtdir, çünki maska ilə gəlməyənlər, ümumiyyətlə, imtahana buraxılmayacaq. İmtahan prosesi boyunca da maskadan istifadə etmək məcburidir. Namizədlər imtahana gələrkən tibbi əlcəklərlə də təmin ediləcək.

Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir

MİQ üzrə müsabiqənin ikinci mərhələsi başlayır

MİQ üzrə müsabiqənin ikinci mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Murad Camalzadə: Direktorların işə qəbulu müsabiqəsinin avqust ayında keçiriləcəyi gözlənilir

Murad Camalzadə: Direktorların işə qəbulu müsabiqəsinin avqust ayında keçiriləcəyi gözlənilir

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Bu fənlər üzrə müəllim işləmək istəyənlərə XƏBƏR VAR

Bu fənlər üzrə müəllim işləmək istəyənlərə XƏBƏR VAR

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Ən yüksək ad uğrunda

Ən yüksək ad uğrunda

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Müəllimlərin işə qəbulu  müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır

Müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun ikinci yarısından başlanır