DİM: Bir nəfərin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb
Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ilkin məlumatlara əsasən, bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq, imtahana buraxılmayıb.
Qeyd edək ki, bu gün imtahanlar 10 şəhər və rayonda təşkil olunub.