AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim / Şagird
28 iyul 2020
1 318


1-ci sinfə qəbulla bağlı 44 mindən çox müraciət edilib



1-ci sinfə qəbulla bağlı 44 mindən çox müraciət edilib

 

İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçimi davam edir.

Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

 
Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir. modern.az 



Загрузка...
Həmçinin oxuyun:
I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

Birinci sinfə qəbul Whatsapp vasitəsilə aparılacaq

Birinci sinfə qəbul Whatsapp vasitəsilə aparılacaq

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

Məktəb seçiminə start verildi

Məktəb seçiminə start verildi

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48215 şagird elektron qeydiyyatdan keçib

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48215 şagird elektron qeydiyyatdan keçib

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Bu il I sinfə qəbul prosesində yenilik olub

Bu il I sinfə qəbul prosesində yenilik olub

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ