AzTehsil.com


Xəbərlər
24 iyul 2020
1 336


Dr. Məlahət Mürşüdlü: Yeni dərs ili: COVİD-19 tamammı, yoxsa davammı?



 

Sərhədləri aşaraq dünyada sürətlə yayılan COVİD-19  bütün sahələrdə beynəlxalq narahatlıq yaratdı.  Ölkələr bütün resursları ilə bu infeksiyaya qarşı mübarizəyə qalxdı.Üstündən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq həyatı iflic edən bu infeksiya ilə mübarizə bu gün də eyni axarla davam edir. İş yerlərinin müvəqqəti bağlanması, insanların ciddi karantin qaydalarına məruz qalması, təhsil  müəssisələrinin fəaliyyətinin dayandırılması və s. tədbirlərin həyata keçirilməsi koronavirusun önlənməsi istiqamətində atılmış addımlar sırasına daxildir..
 
Mart ayından ölkəmizdə tədris prosesi tamam dayandırıldı.. Açığı məktəblər, təlim proqramları, müəllimlər, elə valideyn və şagirdlər   bu ekstremal vəziyyətə  necə deyərlər qəflətən və hazırlıqsız yaxalandı. Bütövlükdə təhsil sistemimizin yaranmış vəziyyətə uyğunlaşmaq üçün  çox vaxtı olmasa da tədris ilinin davam etdirilməsi üçün önəmli addımlar atılmışdır. Qısa müddət ərzində bütün resurslar: tədris proqramları, fənn materialları elektron dərslik formasında rəqəmsal audio və video formasında materiallar yeni yaradıcı elektron təhsil mühitində istifadəyə yönəldi. Evlər elektron virtual sinif otaqlarına çevrildi. Müəllimlər  bu qeyri –standart vəziyyətdə 20 – 25 dəqiqə ərzində tədris materialını verməyə,  valideynlər və şagirdlər  iştirakçılıq baxımından dərslərin səmərəli keçməsinə səy göstərdilər.  Bütün bunlara baxmayaraq keyfiyyət baxımından gözlənilən nəticəyə nail ola bilmədik. Bunun da bir çox səbəbləri vardır. Texniki imkanların olmaması ucbatından yüzlərcə şagird  distant dərslərdə iştirak edə bilmədi.  Xüsusən də Bakıətrafı və kənd rayonlarında bu hal daha qabarıq şəkildə özünü göstərdi.  Məktəblərin  kitabxana resurslarından intensiv onlayn istifadə imkanlarının demək olar ki, olmaması, İnternetin sürətinin aşağı olması və s. bu problemlər sırasına daxildir.

  İyulun 3-də Təhsil nazirinin müavini  Məhəbbət Vəliyevanın iştirakı ilə "Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda təhsil işçilərinin virtual müşavirəsi keçirililmişdi.. Virtual müşavirədə çixiş edən M.Vəliyeva 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və onunla mübarizədə görülən tədbirlər haqqında geniş məlumat verərək qarşıdan gələn tədris ili ilə bağlı müşavirə iştirakçılarına müvafiq tapşırıqlar vermişdi. Əslində bu müşavirədə Təhsil Nazirliyinin yeni dərs ilinə hazırlığı ilə bağlı özündə A və B planlarını ehtiva edən proqramının təhsil işçilərinə və eyni zamanda ictimaiyyətə təqdimatı gözlənilirdi. Lakin izlədiyimiz qədər bu baş vermədi.  Bizləri yeni 2020-2021-ci tədris ilinin başlanmasından ay yarımdan bir az artıq zaman ayırır, vaxt sürətlə öz işini görür. Yeni dərs ilində bizi nə gözləyir, COVİ-19 bugünkü səviyyədə davammı, yoxsa tamammı deyəcək?  Əlbəttə, bu gün heç kim bunu proqnozlaşdıra bilməz. Biz yuxarıda A və B planı deyəndə məhz  məktəblərin, valideyn və şagirdlərin yeni dərs ilininə hər iki variantda hazırlanmasını nəzərdə tuturuq. Koronavirusun yayılma səviyyəsi dərslərin tam zamanında və ənənəvi qaydada başlamasına imkan  verdiyi halda məktəblərimiz, sinif otaqlarımız tələb olunan sanitar – gigiyenik qaydalara hazırdırmı?  Səmimi olaraq etiraf etməliyik ki, yox. Tualetlərin, su qovşaqlarının təmiri , sinif otaqlarının və bütövlükdə məktəblərin dezinfeksiyası, məktəblərin lazımi sağlamlıq materialları ilə təmin edilməsi, maddi – texniki bazasının güçləndirilməsi və s. tədbirlər vaxt aparan və eyni zamanda əlavə vəsait tələb edən həlli vacib problemlərdir. Sinif otağında şagirdlərin sayi, xüsusi ilə də ibtidai siniflərdə , dərs cədvəllərinin 25 dəqiqə olmaqla tərtib edilməsi,  təlimin "divarsız, açıq hava” formasından, xüsusən də kənd rayonlarında istifadə edilməsi,valideyn və şagirdlərlə məlumat xarakterli maarifləndirici sessiyalarının təşkil edilməsi və digər  tədbirlər  A varianti olaraq görülməli olan işlərdir. Əgər xəstəlik əks halda cərəyan edərsə biz B variantı üzrə tədris ilinin başlanmasına,  təlimin distant formasında aparılmasına məcbur olacağıq. Keçən dərs ili göstərdi ki, ali məktəblərlə müqayisədə orta məktəblərimiz dərs ilini daha "ağrılı” başa vurdu.  Buna görə də hesab edirik ki, keçən tədris ilində çatışmayan cəhətlərin təhlil edilib ondan irəli gələn tədbirlər planının hazırlanması  vacibdir.



Загрузка...
Həmçinin oxuyun:
Nazirlikdən növbəti tədris ili ilə bağlı tapşırıq - Sentyabrın 15-dən...

Nazirlikdən növbəti tədris ili ilə bağlı tapşırıq - Sentyabrın 15-dən...

“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq”

“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq”

Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi

Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi

“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda müşavirə

“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda müşavirə

Dərs ilinin sona çatacağı vaxt açıqlandı - SON DƏQİQƏ

Dərs ilinin sona çatacağı vaxt açıqlandı - SON DƏQİQƏ

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Yeni tədris ilinin ilk dərs məşğələləri

Yeni tədris ilinin ilk dərs məşğələləri

Dərsliklərin paylanılması başa çatıb

Dərsliklərin paylanılması başa çatıb

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Azərbaycanda dərslərin  başlayacağı  tarix dəqiqləşib- RƏSMİ

Azərbaycanda dərslərin başlayacağı tarix dəqiqləşib- RƏSMİ

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

Növbəti tədris ilinə I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

Növbəti tədris ilinə I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL