Xəbərlər
23 fevral 2017
5 721


Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

 

Ağstafa şəhər 2 saylı tam orta məktəbdə 21 Fevral  Ana dili günü ilə əlaqədar bədii kompozisiya təşkil edilib.Tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib. 
 

Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

 

Kompozisiyanın təşkilatçısı Gülşən Əliyeva çıxış edərək –" Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır”- deyə qeyd edib.
 

Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

 

Daha sonra şagirdlər  "Var olsun bal dadan Ana dilim- Oğuz türkcəsi”, "Ana dilim Doğma dilim”, "Dilimiz varlığımızdır”, "Ana dilimizi qoruyaq” şüarları ilə öz fikirlərini ifadə ediblər. Eyni zamanda şeir, musiqi və səhnəciklər nümayiş etdiriblər.
 

Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

 

aztehsil.com
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...