AzTehsil.com


Xəbərlər
21 fevral 2017
3 139


Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb



Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

 

 Bu gündən Təhsil Nazirliyi "Novruz mühazirələri”nə başlayıb. Aztehsil.com apa-ya istinadən xəbər verir ki ilk tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Fazil Mustafa, təhsil ekspertləri və digərləri iştirak edib. Qeyd olunub ki, "Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

 

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

 

 

"Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev "Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edib. Ç. Abdullayev bildirib ki, yazıçı, yaradıcı insan təvazükar ola bilməz. Onun sözlərinə görə, kitabları satılan zaman yazıçı xoşbəxt olur: "Təhsilin inkişafından çox şey asılıdır. Hər bir ölkənin siyasəti, iqtisadiyyatı, ordusu, mədəniyyətinin inkişafı təhsillə bağlıdır. Lakin unutmamalıyıq ki, bu gün inkişaf etmək üçün öz dilimizdən başqa 3-4 xarici dil bilməliyik”.
 

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

 

 

Qeyd edək ki, tədbirin inforasiya dəstəyi APA.az və Təhsil tv-yə məxsusdur.
 

 Xatırladaq ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq "Novruz  mühazirələri” keçirir. Ötən il keçirilən 7 mühazirədə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri,  ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.




Загрузка...