AzTehsil.com


Xəbərlər
13 iyul 2020
1 291


Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib



 

İyulun 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komitənin sədri Bəxtiyar Əliyev bgündəliyə "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Elm və təhsil komitəsində görülən  işlər barədə hesabat” və cari məsələlər daxil edilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışını, tövsiyələrini rəhbər tutan komitə üzvləri hesabat dövründə geniş fəaliyyət göstəriblər. Milli Məclisə sədr seçilən xanım Sahibə Qafarovanın parlamentdə yaratdığı demokratik ab-hava deputatları ruhlandırıb. Hesabat dövründə Elm və təhsil komitəsinin 9 iclası keçirilib, 17 məsələyə baxılıb. Yaz sessiyası və növbədənkənar sessiya dövründə komitənin qanunvericilik fəaliyyəti məhsuldar olub.

Belə ki, komitə üzvləri "Elm haqqında”, "Təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Ümumi təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Psixiatriya yardımı haqqında”, "Gənclər siyasəti haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Hərbi qulluqçuların statusu haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Mədəniyyət haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”, "Məşğulluq haqqında” və bir sıra digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edərək plenar iclasa tövsiyə ediblər.   

Bəxtiyar Əliyev bildirdi ki, komitə üzvləri ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesində də səylərini əsirgəməyiblər. Bu ilin aprelində Təhsil Nazirliyi tərəfindən Milli Məclis Aparatına daxil olmuş məktuba əsasən, komitənin sədr müavini Musa Qasımlı, komitə üzvlərindən Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov,  Rafael Hüseynov, Kamilə Əliyeva və Etibar Əliyev "2020/2021-ci il tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I, V, VIII və IX sinif şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektləri (dərslik və metodik vəsait) layihələri”nə dair rəy və təkliflərini hazırlayaraq təqdim ediblər.

Onlayn iclasda vurğulandı ki, hesabat dövründə komitəyə 149 ərizə və müraciət daxil olub. Onlardan 130-u ilə əlaqədar 91 məktub hazırlanıb və aidiyyəti üzrə müvafiq qurumlara göndərilib. Müraciətlərdə əsasən işlə təmin olunma məsələləri, ödənişli təhsillə bağlı qarşıya çıxan çətinliklər, tələbələrin digər təhsil müəssisəsinə köçürülməsi və təhsil müəssisələrinə bərpası, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması (nostrifikasiyası), mənzil məsələləri, sosial müavinətin verilməsi, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri və s. üstünlük təşkil edib. 

İclasda iştirak edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar  İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım hesabata müsbət münasibət bildirdilər. 

Cari məsələlərin müzakirəsində COVID-19-la bağlı təhsil sahəsində yaranmış vəziyyət, Ermənistanla təmas xəttində vəziyyət və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıldı. 



Загрузка...
Həmçinin oxuyun:
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri müəyyənləşib

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri müəyyənləşib

Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması bu şəxslərə həvalə olundu  - SİYAHI

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması bu şəxslərə həvalə olundu - SİYAHI

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Elm və təhsil komitəsinin iclası nə zaman keçiriləcək?Deputatdan açıqlama

Elm və təhsil komitəsinin iclası nə zaman keçiriləcək?Deputatdan açıqlama

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

"Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”

"Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır