AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim / Şagird
08 iyul 2020
1 408


Məktəb seçiminə start verildi



Məktəb seçiminə start verildi

 

Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər.

Qeyd edək ki, məktəb seçimi zamanı hər hansı sualla qarşılaşan valideynlər məsələyə operativ aydınlıq gətirilməsi üçün şəxsi kabinetlərindəki "Əlaqə” bölməsinə yaza və ya iş günləri ərzində müvafiq "Whatsapp” nömrələrinə (+994 55 892-27-51; +994 55 892-63-90+994; +994 55 892-95-89), eləcə də BŞTİ-nin Məlumat sorğu mərkəzinə (telefon: +994 012 599-12-22) zəng edə bilərlər. Mövcud sanitar-epidemioloji vəziyyətin tələblərini nəzərə alaraq, heç bir halda BŞTİ-yə və ya ümumi təhsil məktəblərinə yaxınlaşmağa ehtiyac yoxdur.

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.



Загрузка...
Həmçinin oxuyun:
I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Birinci sinfə qəbul Whatsapp vasitəsilə aparılacaq

Birinci sinfə qəbul Whatsapp vasitəsilə aparılacaq

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

Bu il I sinfə qəbul prosesində yenilik olub

Bu il I sinfə qəbul prosesində yenilik olub

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

I sinfə qəbul prosesində yenilik

I sinfə qəbul prosesində yenilik

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Müraciətçilərin çox olduğu bəzi məktəblərdə valideynlər bunu etsinlər

Müraciətçilərin çox olduğu bəzi məktəblərdə valideynlər bunu etsinlər

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

I sinfə qəbulla bağlı sualı olanlar bura müraciət etsin!

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib