Xəbərlər / İlk peşə təhsili
06 iyul 2020
1 191


Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər müəssisənin rəsmi internet saytı vasitəsilə (http://bii.edu.az/), Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər isə müvafiq link vasitəsilə (https://bit.ly/2O03Ngo) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.

Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcək.

Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından "Torna və frezer dəzgahların operatoru”, "Avtomobil diaqnostikası və təmiri ustası”, "Sənayedə quraşdırma işləri üzrə usta”, "Elektronika ustası”, "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, "İnşaat ustası”, "Mebel ustası”, "Veb dizayner və proqram təminatçısı”, "Avtomatika üzrə usta” adlı  fərqli ixtisaslar üzrə 1 illik (texniki peşə təhsili) və "Avtomobil diaqnostikası və təmiri ustası” və "Veb dizayner və proqram təminatçısı” ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından "Aşpaz” və "Mehmanxana inzibatçısı” ixtisasları üzrə müraciət edərək 1 illik texniki peşə təhsili pilləsinə yiyələnə bilərsiniz.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sənəd qəbulu bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır

Peşə məktəblərində yeni ixtisaslar

Peşə məktəblərində yeni ixtisaslar

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər

Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Yeni Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Yeni Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyənlərin nəzərinə

Yeni Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyənlərin nəzərinə

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Bakı Dövlət Peşə Təhsil Mərkəzi 8 ixtisas üzrə vakansiya elan edib

Bakı Dövlət Peşə Təhsil Mərkəzi 8 ixtisas üzrə vakansiya elan edib

Peşə Təhsil Mərkəzinə işə qəbul davam edir

Peşə Təhsil Mərkəzinə işə qəbul davam edir

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib