Xəbərlər
18 fevral 2017
3 013


Gəncə Dövlət Universitetində ilk rəsmi "IELTS" imtahanı keçirilib

Gəncə Dövlət Universitetində ilk rəsmi "IELTS" imtahanı keçirilib

 

GRBS şirkətlər qrupunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində ilk rəsmi "IELTS" imtahanı təşkil olunmuşdur. İmtahanda 5 nəfər gənc iştirak etmişdir. 2 mərhələdən ibarət olan imtahanda iştirakçılar dinləmə, yazma, oxuma və danışıq üzrə biliklərini yoxlamışdırlar. İmtahan 2 saat, 45 dəqiqə müddətində davam etmişdir.
 
GDU-nun "Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müdiri Rəhimov Mehdinin sözlərinə görə, GRBS və Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa əsasən, universitetdə 2016-cı ildən rəsmi "İELTS" Test Mərkəzi fəaliyyətə başlamışdır. Rəhimov Mehdi bildirmişdir ki, hər ay universitetdə həm rəsmi "İELTS" imtahanı, həm də sınaq imtahanları keçirilməsi nəzərdə tutulmuşdur. Kafedra müdiri imtahanda iştirak etmək üçün qeydiyyatın universitetin baş binasında, 3-cü mərtəbədə Ekologiya şöbəsində yerləşən GDU-İELTS test mərkəzində aparıldığını diqqətə çatdırmışdır.
 
"İELTS" imtahanı koordinatoru Aysel Nuriyeva bildirmişdir ki, təhsilini xaricdə davam etdirmək istəyən hər kəs bu imtahanlarda iştirak etməklə,  istəyini gerçəkləşdirə bilər. Aysel Nuriyeva qeyd etmişdir ki, "İELTS" nəticələri Avropa, Amerika, Yaxın Şərq və Avstraliyanın öndə gedən ali təhsil müəssisələrində tanınır. GRBS şirkəti olaraq, "İELTS" üzrə 6 ildir bu imtahanların keçirildiyini deyən Aysel Nuriyeva il ərzində 4000-5000tələbənin müraciət etdiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, imtahan bitdikdən sonra, 13 gün ərzində imtahan nəticələri yoxlanılaraq, iştirakçılara göndəriləcəkdir .
 
Bildirək ki, Gəncə ilə yanaşı, Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində də "İELTS" imtahanı keçirilir. "İETLS" imtahan nəticəsi 2 il müddətində etibarlıdır.
 
moderator.az
Məqalə Göndər








Загрузка...