AzTehsil.com


Xəbərlər
30 iyun 2020
1 796


Allah rəhmət eləsin! Başınız sağ olsun!



 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında  (ShAO) gənc tədqiqatçıların elmin aktual problemləri ilə məşğul olması, habelə rəsədxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin artırılması və dünya elminə inteqrasiyası istiqamətində ciddi işlər görülməkdədir. Bu istiqamətdə rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri  şöbəsinin müdiri, professor Nəriman İsmayılovun rəhbərliyi altında  4 nəfər gənc doktorant və magistrlərdən ibarət təşkil olunmuş qrupun iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanası  "Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulub (https://grandma.lal.in2p3.fr/).

Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Beynəlxalq konsorsium olan GRANDMA cəmi bir ildir  fəaliyyət göstərir, buna baxmayaraq layihədə 16 müxtəlif ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur (https://grandma.lal.in2p3.fr/research/grandma-project/).

Müşahidələrin məqsədi səmanın geniş bir hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir.  Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün çox böyük önəm daşıyır. Məsələn, iki neytron ulduzun və ya neytron ulduz–qara dəlik cütlüyünün qovuşması nəticəsində güclü qravitasiya dalğaları yaranır. Bu hadisə ABŞ və Fransa-İtaliya LİGO və Virgo xüsusi qurğusunda qeyd olunur; GRANDMA teleskoplar şəbəkəsinə hadisənin baş verdiyi yer və dəqiq koordinatlar ötürülür. Bu məlumatı alan kimi teleskoplar işə düşür və optik diapazonda həmin mənbənin verə biləcəyi qalıq hadisələr izlənilir. Şəbəkədə bunun üçün geniş infrastruktur və proqram kompleksi yaradılmışdır.

Bildirilib ki, rəsədxananın əməkdaşları GRANDMA şəbəkəsi çərçivəsində İngiltərə Kral Astronomiya Cəmiyyətinin çox nüfuzlu aylıq elmi jurnalında dərc olunmuş iki kollektiv məqalənin həmmüəllifidir (i.f ~ 5.5).  Bu nəşrlərdə rəsədxananın GRANDMA şəbəkəsinə qoşulmuş 2 m və 60 sm-lik teleskopları, işıq qəbulediciləri və müşahidə imkanları haqqında məlumatlar verilib. Həmin məqalələrdə rəsədxanada alınan çox unikal təsvirlərdən də istifadə edilib. Belə təsvirləri əldə etmək üçün rəsədxananın  T60 teleskopunda xüsusi optik reduktor quraşdırılıb.  Onun sayəsində 19-cu ulduz ölçülü parlaqlığa qədər olan obyektləri müşahidə etmək mümkün olub. 



Загрузка...
Həmçinin oxuyun:
Yerə ən yaxın qara dəlik tapılıb

Yerə ən yaxın qara dəlik tapılıb

Günəşdən Yerə doğru plazma seli gəlir

Günəşdən Yerə doğru plazma seli gəlir

ŞAR Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

ŞAR Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

18 təhsil müəssisəsi “AzScienceNet” şəbəkəsinə qoşulub

18 təhsil müəssisəsi “AzScienceNet” şəbəkəsinə qoşulub

Məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub

Məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub

BDU -da Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb

BDU -da Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

İqlimşünas alimin məqaləsi nüfuzlu beynəlxalq jurnalda

İqlimşünas alimin məqaləsi nüfuzlu beynəlxalq jurnalda

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Fizika İnstitutunun 4 layihəsi qalib olub

Fizika İnstitutunun 4 layihəsi qalib olub

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

AzTU Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv oldu

AzTU Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv oldu

Hacıbala Abutalıbov AMEA-da bu vəzifədə çalışacaq

Hacıbala Abutalıbov AMEA-da bu vəzifədə çalışacaq

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihənin icrasında

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihənin icrasında

Günəş sisteminin növbəti qonağı: SWAN kometi

Günəş sisteminin növbəti qonağı: SWAN kometi

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda

UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

150 min insan  bu xəstəliklə bağlı həkimə müraciət edib - AÇIQLAMA

150 min insan bu xəstəliklə bağlı həkimə müraciət edib - AÇIQLAMA

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans