Xəbərlər, D.Qulluğu
25 iyun 2020

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı

 

Dövlət İmtahan Mərkəzi (DİM) 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibə elanları üzrə dövlət qulluğuna qəbul üzrə keçiriləcək müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 18 mart 2020-ci ildən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.
 
17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 30 iyun saat 23:59-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər.

Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki beş gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı "Təlimat” hazırlanıb. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə iki metrlik məsafə saxlamalıdırlar.

Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin, normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.




Загрузка...
loading...

Həmçinin oxuyun:
DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

DİM onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlərə xüsusi otaq ayıracaq

DİM onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlərə xüsusi otaq ayıracaq

Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı

Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı

DİM nəşrlərinin onlayn qaydada sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir

DİM nəşrlərinin onlayn qaydada sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir

Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək- DİM

Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək- DİM

Azərbaycanda daha bir imtahan təxirə salındı

Azərbaycanda daha bir imtahan təxirə salındı

Dövlət qulluğuna hazırlaşanların nəzərinə: Müsahibələrin keçirilmə tarixləri açıqlandı

Dövlət qulluğuna hazırlaşanların nəzərinə: Müsahibələrin keçirilmə tarixləri açıqlandı

Dövlət qulluğuna ümumi müsahibələr 17-18 mayda keçiriləcək

Dövlət qulluğuna ümumi müsahibələr 17-18 mayda keçiriləcək

17 namizəd dövlət qulluğuna uyğun bilindi

17 namizəd dövlət qulluğuna uyğun bilindi

56 namizəd müsahibəyə gəlmədi

56 namizəd müsahibəyə gəlmədi

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb

DİM-dən sui-istifadə edən namizədlərlə bağlı bəyanat

DİM-dən sui-istifadə edən namizədlərlə bağlı bəyanat

Dövlət qulluğuna qəbul üzrə müsahibədən 18 namizəd uğurla keçib

Dövlət qulluğuna qəbul üzrə müsahibədən 18 namizəd uğurla keçib

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

60 nəfər dövlət qulluğu müsahibəsinə gəlmədi

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna müsabiqəyə rəqəmlərlə baxış

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Müsahibəyə gəlməyənlərin nəzərinə!

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət qulluğunda inzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

DİM müsahibə vaxtını açıqladı

DİM müsahibə vaxtını açıqladı