Xəbərlər / Valideyn / Müəllim / Şagird
12 iyun 2020
1 623


Bu il I sinfə qəbul prosesində yenilik olub

 

İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib.

Valideynlərin seçiminə əsasən müsahibələrin ənənəvi (canlı) və ya onlayn qaydada təşkili mümkündür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki "Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

Onlayn müsahibə prosesi "Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələr davam edir

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələr davam edir

Onlayn müsahibələrə maraq artıb

Onlayn müsahibələrə maraq artıb

Birinci sinfə qəbul üçün onlayn müsahibələrə start verildi

Birinci sinfə qəbul üçün onlayn müsahibələrə start verildi

I sinfə qəbul olunacaq uşaqlar onlayn müsahibədə başlayır

I sinfə qəbul olunacaq uşaqlar onlayn müsahibədə başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə qəbul qaydaları açıqlanıb

Birinci sinfə qəbul  necə aparılacaq?- RƏSMİ

Birinci sinfə qəbul necə aparılacaq?- RƏSMİ

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə qəbul olarkən dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq

I sinfə qəbul olarkən dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Nazirlik: Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb

Nazirlik: Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb

I sinfə şagird qəbulu və tətbiq olunan yeniliklər

I sinfə şagird qəbulu və tətbiq olunan yeniliklər

I sinfə şagird qəbulu davam edir

I sinfə şagird qəbulu davam edir

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir?

Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir?

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır