AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
11 iyun 2020
1 650


“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”



“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

 

Bakı Dövlət Universitetinin (BDU) kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan  "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

 
BDU-nun rektoru Elçin Babayev Ulu öndər Heydər Əliyevin  kitabxana işinin inkişafında tarixi addımların atılmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahədə bir sıra fərman, sərəncam və dövlət proqramlarına imza atıb. Rektor ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb.

 
E.Babayev  əldə edilmiş uğurlarda fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şöhrət” ordenli, professor Abuzər Xələfovun xidmətlərindən bəhs edərək bildirib ki, BDU-ya  həmişə qayğı və sevgi ilə yanaşan alim yetmiş ildən artıq dövrdə topladığı kitabxanaşünaslıq elminə dair 600-dən çox kitabı universitetin Elmi kitabxanasına vəsiyyət edib.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov "Müasir  kitabxana quruculuğunun təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan "Elektron nəşrlər və elektron nəşriyyatlar müasir informasiya çağrışları kontekstində”, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov "Kitabxana-informasiya fəaliyyətində multikulturalizm: yeni çağırışlar və gələcəyə baxış” mövzularında məruzə ilə çıxış ediblər.

Digər məruzəçilərin də məruzələrində kitabxanalarda həyata keçirilən innovativ fəaliyyət metodları, kitabxanaların formalaşmaqda olan rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, yeni xidmət növləri, elektron resurslar və proseslər haqqında ətraflı məlumat verilib.



Загрузка...
Həmçinin oxuyun:
“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb

“ULU Öndər xatirələrdə”adlı onlayn müsabiqə başa çatıb

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Professor Abuzər Xələfov vəfat edib

Professor Abuzər Xələfov vəfat edib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

BDU-nun müəlliminə yeni vəzifə verildi

BDU-nun müəlliminə yeni vəzifə verildi

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR

Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR

“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”

“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı