AzTehsil.com


Xəbərlər
08 iyun 2020
1 141


“BİR” tələbə-könüllülərin pandemiya birliyi



“BİR” tələbə-könüllülərin pandemiya birliyi

 

Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiya dövründə vətəndaşlara dəstək üçün könüllülərə etdiyi çağırışa cavab olaraq, Təhsil Nazirliyinin "Bir” tələbə-könüllüləri də "Biz birlikdə güclüyük” şüarı altında birləşərək sosial aksiya, kampaniya, layihələrə dəstək verməklə birlik nümayiş etdiriblər.

 Pandemiya dövründə 35 şəhər və rayonda yerləşən 24 ali və 12 orta ixtisas təhsili müəssisəsini təmsil edən 400-dən çox tələbə-könüllü "Böyüklərimizi qoruyaq”, "Könüllü qonşu”, "Könüllü donor”, "Bir-birimizi qoruyaq!” sosial aksiyalar və vətəndaşların maarifləndirilməsi, sosial xidmətlərin göstərilməsi, ehtiyacların ödənilməsi istiqamətində keçirilən layihələrdə 4500-dən artıq könüllülük saatı dəstək veriblər.

Tələbə-könüllülərin dəstəyi ilə ölkəmizin müxtəlif şəhərlərində yaşayan aztəminatlı ailələrə xeyirxah sahibkarların təşkilatçılığı ilə 4000-dən çox ərzaq payı, ölkə daxilindəki tibb müəssisələrinə 2000-dən çox vətəndaşın tələbatının ödənilməsi üçün zəruri dərmanlar, DİN-nin A.N. Heydərov adına Respublika Hospitalı və Mərkəzi Gömrük Hospitalına COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 800 ədəd "üz sipər"ləri çatdırılıb. Tələbə-könüllülərin təşəbbüsü ilə koronavirus pandemiyası dövründə çalışan insanlara həsr olunan "Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” onlayn fləşmobu, insanlarda ruh yüksəkliyi yaratmağı əsas götürən "#hərşeyyaxşıolacaq #yenidən” aksiyası həyata keçirilib. Aksiyalara ümumilikdə 1000-dən çox insan qoşulub, 25 mindən çox bəyənmə, 40 mindən çox baxış sayı əldə edilib.

Pandemiya dövründə dəstək verilən layihələrdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Azərmaş” ASC ilə əməkdaşlıq olunub.

Həmçinin, koronavirus pandemiyası dövründə həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramı da bu Mərkəzin təsisçilərindən biridir.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramı milli tələbə-könüllü platforması kimi 23 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
Respublika Hospitalı “üz sipəri” ilə təmin olunub

Respublika Hospitalı “üz sipəri” ilə təmin olunub

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

Tələbə-könüllülər Bakı Marafonunda

Tələbə-könüllülər Bakı Marafonunda

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

“Bir” Tələbə-Könüllü proqramı

“Bir” Tələbə-Könüllü proqramı

Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

“Böyüklərimizi qoruyaq!” sosial aksiyası üçün BİRlikdəyik!

“Böyüklərimizi qoruyaq!” sosial aksiyası üçün BİRlikdəyik!

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlayır

“Böyüklərimizi qoruyaq!” sosial aksiyasına başlayır

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Onlar bizim üçün evdə qalmır, sən onlar üçün #evdəqal və #birteshekkur ilə minnətdarlığını ilə bildir!

Onlar bizim üçün evdə qalmır, sən onlar üçün #evdəqal və #birteshekkur ilə minnətdarlığını ilə bildir!

#birteshekkur ilə minnətdarlığı bildir!

#birteshekkur ilə minnətdarlığı bildir!

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

Xüsusi risk qrupuna daxil olan ailələr ziyarət edilib

Xüsusi risk qrupuna daxil olan ailələr ziyarət edilib

Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ

Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb