Xəbərlər
07 iyun 2020
1 228


MDU Rektoru Şahin Bayramovun imtahan sessiyası ilə bağlı tələbələrə müraciəti

MDU Rektoru Şahin Bayramovun imtahan sessiyası ilə bağlı tələbələrə müraciəti

 

Mingəçevir Dövlət Universitetinin hörmətli tələbələri və magistrantları!

Məlumunuz olduğu kimi, 2020-ci ilin 8 iyun tarixindən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayır.

Siz, MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına təqdim olunan məsafədən dərslərdə fəal iştirak etməklə qlobal pandemiya ilə hamılıqla mübarizə apardığımız dövrdə tədris prosesində davamlılığın təmin edilməsində mühüm rol oynadınız.

İnanıram ki, akademik heyətimiz tərəfindən "Microsoft Teams” və "ZOOM” platformaları üzərindən keçirilən online dərslər və Youtube kanalı üzərindən təqdim olunan "videodərslər” Sizin müvafiq fənlər üzrə zəruri bilik və bacarıqları əldə etməyinizə imkan verdi.

Mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları, karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, cari imtahan sessiyasında çoxsaylı güzəştlər edilməsinə qərar verdik. İmtahan prosesində Sizi məmnun edəcək həmin güzəştlər barədə professor-müəllim heyətimiz müvafiq qaydada təlimatlandırılıb.

Bildiyiniz kimi, sessiya dövründə hər həftənin çərşənbə axşamı keçirəcəyimiz "Açıq qapı” günlərində iştirak etməklə arzu və istəklərinizi çatdıra, müvafiq suallarınızı cavablandıra bilərsiniz.

Əminəm ki, müəllimlərinizdən əldə etdiyiniz biliklər və təqdim olunan güzəştlər hər birinizin imtahanlardan yalnız müvəffəq qiymətlər almasına imkan verəcəkdir.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş sonuncu kurs tələbələrimizin nəzərinə çatdırıram ki, Siz, təhsil müddətində əldə etdiyiniz nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) uyğun olaraq pedaqoji və istehsalat təcrübəsini uğurla başa vurmuş, eləcə də yekun attestasiyadan keçmiş hesab olunursunuz. Hazırda Sizin iştirakınızla məzun gününün keçirilməsi üçün mümkün imkanları nəzərdən keçiririk.

Bakalavriat səviyyəsində I-III kurslarda təhsil alan tələbələrimizə və magistratura səviyyəsində I kursda təhsil alan magistrantlarımıza "Microsoft Teams” platforması üzərindən online şəkildə şifahi formada verəcəkləri imtahanlarda, II kurs magistrantlarımıza isə magistrlik dissertasiyalarının müdafiəsində uğurlar arzulayıram.

Əziz tələbələr!

Əminəm ki, cari imtahan sessiyasında yüksək nəticələr əldə etməklə həm MDU kollektivini, həm də valideyinlərinizi sevindircəksiniz.

Mən hər birinizə inanıram! Müasirləşmə yolunda olan MDU-nun tələbələri, magistrantları və məzunları ilə fəxr edirəm!

İnanıram ki, tezliklə koronavirus infeksiyasına birlikdə qalib gələcəyik!
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

MDU-da “Açıq qapı” günləri

MDU-da “Açıq qapı” günləri

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir

MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir

MDU müəllimlərinin “videodərs”ləri 58000 dəfədən çox izlənmə sayına çatıb

MDU müəllimlərinin “videodərs”ləri 58000 dəfədən çox izlənmə sayına çatıb

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

MDU-da tələbələrin elmi mövzularında məruzələri

MDU-da tələbələrin elmi mövzularında məruzələri

“İmtahanlara hazırlaşmaq üçün tələbələrə hər cür dəstək verilir”

“İmtahanlara hazırlaşmaq üçün tələbələrə hər cür dəstək verilir”

Tələbə və valideynlərlə onlayn görüş keçiriləcək

Tələbə və valideynlərlə onlayn görüş keçiriləcək

MDU-da sığorta mövzusunda təlim

MDU-da sığorta mövzusunda təlim

MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

MDU-da təkrar dezinfeksiya tədbirləri

MDU-da təkrar dezinfeksiya tədbirləri

BSU-da yaz semestrinin imtahan sessiyasına hazırlıq

BSU-da yaz semestrinin imtahan sessiyasına hazırlıq

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

“Elmi fəaliyyətdə də davamlılıq təmin olunmalıdır”

“Elmi fəaliyyətdə də davamlılıq təmin olunmalıdır”

MDU-nun əməkdaşları Prezidentə minnətdarlıq məktubu ünvanlayıblar

MDU-nun əməkdaşları Prezidentə minnətdarlıq məktubu ünvanlayıblar

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir