AzTehsil.com


Xəbərlər / Şagird
07 iyun 2020
1 289


"İnklüziv təhsil: əlilliyə fərqli baxış"



"İnklüziv təhsil: əlilliyə fərqli baxış"

 

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və UNİCEF-in Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti ilə "İnklüziv təhsil: əlilliyə fərqli baxış” mövzusunda onlayn görüş keçirilib.

BDU-dan bildirilib ki, universitetin sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə inklüziv təhsilin inkişafının dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindən olduğunu və təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədini daşıdığını söyləyib.  "Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır”-deyən  H.Əlizadə Azərbaycanın 1992-ci ildə İnsan Hüquqları Konvensiyasını imzalayaraq, inklüziv təhsilin inkişafı istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb.

Zoom platforması üzərindən baş tutan görüş "Regional İnkişaf” İctimai Birliyinin  inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanovun moderatorluğu ilə davam edib.

Motivasiya spikeri, tərcüməçi, yazar və "ƏSA” teatrının aktrisası Cəmilə Məmmədli həyatından, uğurlarından, nailiyyətlərindən danışaraq ingilis dilini öyrəndiyini, tərcümələr etdiyini, hekayələr yazdığını vurğulayıb. Oxucularının ona stimul verdiyini deyən gənc hekayə yazmağın onu həyatda irəliyə aparan ən vacib məqam olmasından bəhs edib. Hazırda yapon dili kursuna getdiyini deyən C. Məmmədli ən böyük arzusunun universitet təhsili almaq olduğunu söyləyib.

Onlayn görüşün keçirilməsinin əsas məqsədi inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.



Загрузка...
Həmçinin oxuyun:
İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil mövzusunda canlı yayım olacaq

İnklüziv təhsil mövzusunda canlı yayım olacaq

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Azərbaycanda inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

Azərbaycanda inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib

Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud  şəxslərlə bağlı işçi qrupu yaradıldı

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı işçi qrupu yaradıldı

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans