Xəbərlər, Müəllim, Ekspert
02 iyun 2020

“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.”

“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.”

 

"Yaddaşımız puç olmuş arzularımızı bizə xatırladır.”

2 mart – 2 iyun dövrünü əhatə edən, o qədər də az olmayan 3 aylıq  bir müdddətdə, əsasən kitab oxumaq, fərdi yaradıcılıqla bağlı digər işlərimlə məşğul olmaqla yanaşı, yorğunluğumu və gərginliyi aradan qaldırmaq üçün arada musiqiyə qulaq asmağa da yer ayırmışam. Ən çox bəyəndiyim və dinlədiyim Volfanq Amadey Motsartın təbirincə desəm,  "duyğularımı şerlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm.”  Bu ərəfələrdə dinlədiyim növbəti bir musiqi nömrəsi düşüncələrimi o qədər də uzaq olmayan 70-ci ilərə apardı və mənə Səməd Vurğunun məşhur şerindəki "…bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin” misralarını xatırlatdı.

Növbəti illərin 1 may günü Raykomda növbətçi idim. O zaman, rəsmi və ya qeyri-rəsmi olduğu mənə məlum olmayan ənənəyə əsasən, bütün partiya fəalları bazar və bayram günləri qrafik üzrə I katibin qəbul otağında növbətçilik edirdilər. Məqsəd ayrı-ayrı müəssisə və təsərrüfatlardan daxil olan statistik məlumatları xüsusi ayrılmış kitaba daxil etmək idi. Yəni, rayonun hansı təsərrüfatında neçə ton meyvə-tərəvəz yığılıb, hansı müəssisədə nə qədər məhsul istehsal olunub, hansı fermada neçə litr süd sağılıb və s. və i.a.  Raykom komsomolun Plenum üzvü olduğumdan məni də bu "bayram aksiyası” siyahısına daxil etmişdilər.

Qəbul otağında növbəni bir "Sovxoz” direktorundan yenicə təhvil alıb, oturmuşdum ki, I katib gözlənilmədən içəriyə daxil oldu. Qapıdan çıxmağa hazırlaşan həmin direktor dərhal onun qabağına qaçıb, əynindən hələ tam olaraq çıxarmadığı plaşını və panamasını, sanki əlindən qaparaq asılqandan asıb, müti nökər kimi dik dayandı. Mən bir əlimdə qələm, qulağımda telefon dəstəyi, neçə inəkdən neçə litr süd sağıldığını dəqiqləşdirmək hayında olduğum halda ayağa durub onu salamlaya bilmədim. Katib aşağıdan yuxarı kinayəli şəkildə məni süzərək hirslə qapını çırpıb, otağına daxil oldu. Bir neçə həftədən sonra həmin sovxoz direktoru o zamanlar el arasında əsasən "Rayİspolkom” adlandırılan, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin olundu, mənim isə görəcəyim günlər hələ qabaqda imiş…

Elə, o ərəfədə Rumın-Sovet dostluğu aylığı çərçivəsində ölkə üzrə rəsmi tədbirlər keçirilirdi. Rumınıya lideri Nikolae Çauşeskunun oğlu Niku Çauşeskonun rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyyəti Azərbaycana gəlmişdi. Onların növbəti səfərlərindən biri də rayonumuza nəzərdə tutulmuşdu. Yüksək səviyyəli qonağı təntənəli şəkildə qarşılamaq üçün 15 nəfərdən ibarət "Təşkilat komitəsi” yaradılmışdı. İctimai-siyasi fəallığımı və rayonda kifayət qədər tanındığımı nəzərə alıb, məni də həmin "Komitəyə” daxil etmişdilər.

Qonaqları rayonun giriş qapısında "zurna-balabanla” qarşıladıqdan sonra, qabaqcadan tərtib olunan proqrama əsasən onları rayonumuzun görməli yerləri ilə tanış etdik, görülən işlər və qazanılan nailiyyətlər barədə ətraflı məlumatlandırdıq. Rəsmi və fəxri qonaqların şərəfinə düzənlənmiş ziyafət məclisində rayonun prokurorundan tutmuş, polis rəisinə qədər bütün rəhbər işçilər və büro üzvləri iştirak edirdilər. "Xoşgəldi”  və bir sıra statistik göstəricilərin qısaca  təqdimatından ibarət rəsmi hissə başa çatdıqdan sonra məclis qızışdı.

Əlimi masaya düzülmüş nemətlərdən birinə yenicə uzatmışdım ki, məni bir müddət əvvəl ilk təşkilata "partkom” seçən həmin ideologiya üzrə katib olan rus qadın "göz-qaş” işarəsi ilə öz yanına çağırdı. Tapşırıq isə ondan ibarət idi ki, mən durub oynamalı və xarici qonaqları rəqsə dəvət erməli idim. Rumınların şən millət olduğu çoxlarına məlum idi. Pıçıltı ilə qulağına oynaya bilmədiyimi, hətta öz toyumda belə oynamadığımı nə qədər izah etsəm belə, katib qərarında israrlı idi. Əl-qolumu asta-asta yelləməklə ortalığa çıxdım.Sən demə rumınlar elə mənə bənd imişlər.

Ortalığı tozanaq bürüdü. I katibin qolundan dartıb, onu da meydana çəkdilər. Digər rəhbər işçilərin də həddi nə idi ki, oynamasınlar. Səhərisi gün məni Raykoma çağırdılar. I katibin üzündən zəhirmar yağırdı. Məni partiya intizamını pozduğuma görə cəzalandıracğı ilə hədələyirdi ki,  bu zaman üzbəüz kabinetdən həmin ideoloji katib içəri daxil oldu və hikkəli şəkildə mənim hərəkətimin məhz partiya tapşırığı olduğunu ona bildirdi. Sən demə aralıq dəhlizdə olarkən bizim səsimizi eşidirmiş.  I katibin mimikasında yaranan kinayə sanki, "söhbətimizin sonraya qalmasına” bir işarə idi.

"Söhbətimiz sonraya qalsın” mesajından heç bir ay keçməmış onunla mənim aramda, yumşaq dildə desək növbəti "sərinlik” yaşandı. Belə ki, qiyməti 50 qəpiyə olan bir ДОСААФ (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) lotereya bileti almışdım. Tərslikdən biletimə motorlu qayıq düşdü. Qiyməti 550 rubl (manat) idi. Qaydalara əsasən əşyadan imtina edib, nağd pulunu da ala bilərdin. Elə də etdim. Həmin pulun 405 manatına bir elektro-qitara, 110 manatına isə "usilitel” deyılən elektrik gücləndirici cihaz aldım. Bu da səbəbsiz deyildi.

Əvvəla qayığı harda sürəcəkdim və buna hardan vaxt tapacaqdım. Digər tərəfdən, hələ orta məktəbin 5-ci sinfində oxuyarkən, 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş, orta məktəbin 10-cu sinfini bitirməklə yanaşı, həm də musiqi məktəbindəki təhsilimi də başa vurmuşdum. Ali məktəbdə tələbəlik illəri dövründə isə, institutun musiqi ansamblına cəlb olumuşdum. Sonralar bir ara elektiklə işləyən gitaranın dəbə düşməsi, mənim də diqqətimi cəlb etmişdi. Tez-tez radio vasitəsi ilə həzin melodiyalar səsləndirilir, gitaraçı Rəmişin kasetləri maşın maqnitofonlarından eşidilir, xeyli sayda və formatda musiqi valları satışa çıxarılırdı. Mən də imkan düşəndə "barmaqlarımın yatmaması” üçün evdə araya salıb, gitaranı əlimə götürürdüm.

Bir gün yaxın qonşum və uşaqlıq dostum israrla onun toyunda gitara çalmağımı xahiş etdi. Nə qədər and-aman etsəm də, mənim peşəkar musiqiçi olmadığıma onu inandırmağa çalışsam da, bir xeyri olmadı. Nəhayət, mikrofonla mənim toyda iştirakımı və bir musiqi nömrəsi ifa edəcəyimi elan etdikdən sonra naəlac qalıb, "səhnəyə” çıxmalı oldum. Şənliyə dəvət olunanlar bir müsiqi  nömrəsi ilə kifayətlənmədilər, sifariş, sifariş dalınca gəlirdi. Hamı yaxın dost-tanış olduğundan onları qırmadım, toyun sonuna qədər qalaraq, digər musiqiçilərə dəstək verdim.

Bu xəbər sürətlə bütün rayona yayıldı. Toy məclisində gitara ifaçısının olması, o vaxtlar toy sahibi üçün böyük nüfuz və qürur sayılırdı. Rayonda isə məndən başqa gitarada ifa edən ikinci adam yox idi. Mən isə musiqi məktəbini bitirdiyimdən, milli muğamlarımızdan tutmuş, rast və təsniflərimiz də daxil olmaqla, "Tarantella Napolitana”ya qədər demək olar ki, əksər musiqi janrlarında bir çox melodiyaları belə öyrənmişdim. İfaçılıq bacarığımin sədası, görünür qonşu rayonlara da yayılmışdı.

İş o yerə çatdı ki, mənə son dərəcə yaxın olan bir neçə dostum vasitəsi ilə sabahısı gün qonşu rayonda toy məclisinə dəvət olunduğum barədə xahiş ünvanlandı. Müəllim və partiya fəalı olduğumu diqqətə çəkərək, qəti şəkildə etirazımı bildirməyimə baxmayaraq, bütün hazırlıqların görülməsini və məni gözləyəcəklərinə arxayınlıq bildirərək, sağollaşıb, məndən ayrıldılar. Səhəri gün məni Raykoma çağırdılar. Içəri girər–girməz, aramızda olan insidentlə bağlı mənə qarşı olan kin-kudurəti hələ də soyumayan I katibin "Ya partiya, ya da toyxana” hikkəsi ilə qəzəbli baxışı, musiqi sənətçisi perspektivlərimə son qoydu. O gündən bu günə, musiqi alətini yerə qoyanam…

Nadir İsrafilov




Загрузка...
loading...

Həmçinin oxuyun:
Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

Nadir İsrafilov niyə həbs edilmişdi ?

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”

Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

“Rektor məni iclasda təhqir etdi və...”

“Rektor məni iclasda təhqir etdi və...”

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Yeddi oğlanın oğurladığı tələbə DANIŞDI: “Məni qaçıran oğlanı tutdular”

Yeddi oğlanın oğurladığı tələbə DANIŞDI: “Məni qaçıran oğlanı tutdular”

700 bal toplamış tələbə:

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..