AzTehsil.com


Xəbərlər
09 fevral 2017
2 552


ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib



ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

 

Fevralın 9-da Azərbaycan Dillər Universitetində (ADU) "Turkish flagship” layihəsi çərçivəsində universitetə dəvət olunmuş Türkiyənin Hacəttəpə Universitetinin Ədəbiyyat fakültəsinin dosenti Refis Gülin Öğüt Eker "Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirib. O, "Kitabi-Dədə Qorqud” dastanından nümunələr gətirərək adət-ənənələrin insanların həyatında önəmli rol oynadığını və harada yaşamalarından asılı olmayaraq bu ənənələrin onlarla olduğunu vurğulayıb. Refis Gülin Öğüt Eker milli-mənəvi dəyərlərin genetik kodlarla gələcək nəsillərə ötürüldüyünü diqqətə çatdırıb. O, həmçinin insanların yaşadığı ölkədən asılı olaraq bir məsələyə müxtəlif cür yanaşdıqlarını və fərqli düşüncələrə sahib olduğunu bildirib.
 
Sonda seminar iştirakçıları mövzuyla bağlı öz fikirlərini bölüşüblər.



Загрузка...