Xəbərlər
22 may 2020
1 014


BP rəsmisi “Peşəkarla görüş” layihəsində

BP rəsmisi “Peşəkarla görüş” layihəsində

 

Mingəçevir Dövlət Universitetində (MDU) "Peşəkarla görüş” adlı layihənin ilk qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub.

Görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov  adıçəkilən  layihənin məqsədi barədə danışıb və ilk görüşün "Gənclərin Karyera İnkişafı” mövzusuna həsr olunduğunu bildirib. Rektor B.Aslanbəylinin bioqrafiyası və qazandığı uğurlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

BP şirkətinin rəsmisi B.Aslanbəyli MDU-nun 100-ə yaxın tələbə, magistrant və əməkdaşının iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib və "Gənclərin Karyera İnkişafı” mövzusunda nitq söyləyib. O, öz çıxışında gənclərin karyera inkişafının əsas xüsusiyyətləri, karyera planlaşdırılması zamanı diqqət yetirilməli olan vacib nüanslar, ixtisas seçimi, ali təhsil almağın önəmi, potensial imkanların düzgün qiymətləndirilməsi, sağlam ambisiyanın əhəmiyyəti və digər məsələlərə toxunub. B.Aslanbəyli tələbə-gənclərə xarici dillərin öyrənilməsi, rəqəmsal texnologiyaların mənimsənilməsi, innovativ yanaşmaların tətbiqi, milli və qlobal əmək bazarının reallıqlarından irəli gələn məsələlərə diqqət yetirilməsi ilə bağlı tövsiyələrini çatdırıb.

Sonra B.Aslanbəyli görüş iştirakçılarının uğur qazanmanın əsas amilləri, motivasiyanın inkişaf etdirilməsi, dördüncü sənaye inqilabından irəli gələn çağırışlar, süni intellektin əmək bazarına potensial təsirləri, gələcəyin müəllimlərinin diqqət yetirməli olduqları meyarlar, regionda yaşayan və təhsil alan gənclərin karyera inkişafı, eləcə də digər mövzuları əhatə edən çoxsaylı suallarını cavablandırıb.

Microsoft Teams platforması üzərindən təşkil olunan görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.

Qeyd edək ki, MDU tərəfindən icrasına start verilən "Peşəkarla görüş” adlı layihənin məqsədi universitet kollektivinə müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir

MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

“MBA Club”un üzvləri ilə görüş

“MBA Club”un üzvləri ilə görüş

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

MDU-da tələbələrin elmi mövzularında məruzələri

MDU-da tələbələrin elmi mövzularında məruzələri

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

“İmtahanlara hazırlaşmaq üçün tələbələrə hər cür dəstək verilir”

“İmtahanlara hazırlaşmaq üçün tələbələrə hər cür dəstək verilir”

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

MDU-da təkrar dezinfeksiya tədbirləri

MDU-da təkrar dezinfeksiya tədbirləri

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib