Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür
Koronavirusdan qorunmaq üçün ilk növbədə əl gigiyenasına diqqət edilməlidir. Əlləri tez-tez su və sabunla yumaq və ya bu mümkün olmadıqda spirtli antiseptiklə silmək lazımdır.
Bildiyimiz kimi, spirt (65%-dən yuxarı) koronavirusu məhv edir. Bunun üçün əlləri və ya istənilən səthləri spirtlə silmək lazımdır. Lakin burada bir nüans var – spirt səthlərin və ya əllərin üzərində 30 saniyə və bundan çox qalmalıdır. Yalnız bu halda koronavirus məhv olur. Əllərin üzərində koronavirusu tam məhv etmək üçün 3 ml spirt tələb olunur. Bu miqdar təxminən 1 ovucun içidir.
Tanınmış pediatr Yevgeni Komarovskiy çox maraqlı eksperiment aparıb. Həkim aşkar edib ki, pulverizatoru olan antiseptiklər heç bir işə yaramır. Komarovskinin sözlərinə görə, koronavirusun məhv edilməsi üçün lazım olan 3 ml-i əldə etmək üçün pulverizatora 27 dəfə (!) basmaq lazımdır. Bunu isə təbii ki, heç kim etməyəcək. Bu səbəbdən həkim belə antiseptiklərdən istifadə etməyi tövsiyə etmir.Saglamolun.Az