Elçin Əfəndi: “Bu il 600 balı keçən tələbələrin sayında azlıq olacaq”
"Bu il qəbul imtahanlarında 600 balı keçən tələbələrin sayında azlıq olacaq. 700 bal toplayacaq abituriyent reallıq kimi görünməsə də, ola bilsin ki, 1 ya 2 nəfər olsun”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, builki qəbul imtahanlarında 150-450 arası nəticə əldə edənlər çoxluq təşkil edəcək:
"Bu il bütün qruplar üzrə 150-450 bal arası nəticələr ötən illə müqayisədə çox olacaq. Bu isə həmin aralıqda keçid balı formalaşmış ixtisaslarda keçid ballarının artması ilə nəticələnəcək. 550 baldan yuxarı keçid balı formalaşmış bir sıra ixtisaslarda isə ballar enəcək”.
"Nəzərinizə çatdırım ki, bu il bir sıra yeni ixtisaslar yarandığı üçün onların keçid balları yaxın ixtisasların keçid balları ilə hardasa uyğunluq təşkil edəcək.
Qeyd edim ki, ərizə qəbulu davam edir. 5 iyun saat 23:59-da başa çatacaq. Bu dəqiqəyədək hər iki bölmə üzrə ərizə təsdiqinin statistikası belədir:
I qrup: 13744
II qrup: 5956
III qrup: 10309
IV qrup: 2406
V qrup: 22126
11 illik kollec: 22138
Ötən il dediyim və şahidi olduğunuz kimi, bu il də I və III qrupların müsabiqəsində gərginlik olacaq”, – deyə Elçin Əfəndi sözlərinə əlavə edib.