AzTehsil.com


Xəbərlər / Ziyalılar / Valideyn / Müəllim / Maraqlı
10 may 2020
3 172


Pandemiya dövründə ucqar kəndin müəllimləri



 

Sosial şəbəkə üzərindən çoxdan izlədiyim iki müəllim var . Amil Dadaşov və Hamlet (əsl adı Xanverdi imiş) Dadaşov. Pandemiya dövründə şagirdlərin tədris proqramlarından tamamilə geri qalmaması üçün ,Təhsil Nazirliyinin təşkil etdiyi teledərslər və "Virtual məktəb " layihəsindən heç də ölkənin bütün ümumi təhsil müəssələrində təhsil alan şagirdlər yararlana bilmirlər.Xüsusi ilə ucqar dağ kənlərində ,maddi texniki bazanın hələ zəif olduğu , internetin ,elektron lövhənin , proyektorun , kompyüterin hələ olmadığı məktəblərdə. Elə barələrində danışacağım , iki dost ,iki əmioğlu və iki təhsil fədaisi Xanverdi və Amil Dadoşovlar da məhz belə şəraiti olan  ucqar dağ kəndi olan Yardımlı rayonu Vərgədüz kənd tam orta məktəbində ibtida sinif müəllimi vəzifəsində çalışırlar.
  

 

Vərgədüz kəndi Yardımlı rayonunun ən qədim kəndlərindən biridir.Əvvəllər nahiyyə mərkəzi olan Vərgədüz ,sovet işğalından dərhal sonra 1920-ci ildə Vərgədüz rayonunun inzibati mərkəzi olmuşdur.1938 –ci ildə rayonun Yardımlı adlandırılması və rayon mərkəzinin indiki Yardımlı şəhərinə köıürülməsi ilə Vərgədüz inzibati əhəmiyyətini itirmişdir ki ,bu da kənddə yaşayış evlərinin və əhalinin  zamanla , xüsusən   müstəqillik dövründə urbanizasiya ilə əlaqədər kəskin azalması ilə nəticələnmişdir.

 


Hal-hazırda Vərgədüz kəndində 220 ev , elə Xanverdi və Amil müəllimin də çalışdığı məktəbdə 221 şagirdin təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur.Sevindirici haldır ki, son illər kənddə əvvəlki illərə  nisbətən qızlar arasında ali və orta ixtisas təhsili almağa meyl artıb.Kənddə yaşıdları və təhsilli insanların Bakı və ölkənin digər şəhərlərinə köçməsinə baxmayaraq ,dədə-baba torpağına və peşələrinə bağlılıq qəhrəmanlarımızın çətin şəraitə və bütün mərhumiyyətlərə baxmayaraq doğma kənddə qalaraq , gənc nəslin təlim –tərbiyəsinə ömürlərini həsr etmələri ilə yanaşı, davranışları və böyük nüfuz sahibi olmaları  ilə nəinki Vərgədüzdə eləcə də , qonşu kənlərdə , Yardımlı rayonunda seçilirlər.
Ucqar kənddə yaşamalarına baxmayaraq , müəllim kimi peşəkarlıqları üzərində daim çalışan Dadaşovlar , digər müəllim həmkarları və   facebook sosial şəbəkəsi üzərində yaratdıqları 15 000 üzvü olan "MÜASİR SİNİF MÜƏLLİMİ” qrupunda ölkənin müxtəlif ərazilərində çalışan həmkarları ilə bilik və bacarıqlarını paylaşırlar.
 

Pandemiya dövründə ucqar kəndin müəllimləri

 

Qeyd edim ki , Təhsil Nazirliyi tərəfindəm keçirilən müəllimlərin bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirilməsin zamanı , Xanverdi müəllim 52 bal , Amil müəllim isə 54 bal toplayıb ki, belə ucqar kənd müəllimləri üçün kifayət qədər yaxşı nəticədir. 

 


Xanverdi müəllim hal-hazırda 1-ci sinifdə ,Amil müəllim isə məktəbəhazırlıq qrupunda tədris ilə məşğuldurlar.Birinci sinifdə 12  şagird ,məktəbəhazırlıq qrupunda 27 uşaq təhsil alır.

 

 


 

Pandemiya dövründə təhsil müəssələrində tədris prosesinə fasilə verildikdən az sonra Təhsil Nazirliyi əvvəlcə teledərslərə,daha sonra "Virtual məktəb " layihəsi ilə ölkədə ümumi təhsil müəssələrində təhsil alan 1 milyon 600 min şagirdin tədris materiallarından geri qalmaması üçün tədbirlərə başlasa da ,ölkənin heç də bütün məkəbləri , xüsusi ilə ucqarlarda yerləşən ,maddi texniki baxımdan nisbətən zəif olan məktəbləri bu tədbirlərdən tam olaraq yararlana bilmirlər. Belə bir vəziyyətdə Xanverdi və Amil Dadaşovlar sakit otura bilmir ,sevimli peşələrini şəraitə uyğun həyata keçirirlər.Belə ki, haqqında bəhs etdiyimiz qəhrəmnlarımız hər gün  ev telefonları ,whotsapp ( valideyinlərində uyğun telefon olanların ) vasitəsi ilə şagirdlərə  tapşırıqlar verir, həftədə bir neçə dəfə isə ,evləri bir-bir gəzərək, şagirdlərinə baş çəkir , verdikləri tapşırıqların yerinə yetirilməsinə nəzarət edirlər.Təbii ki , belə şəraitdə valideyinlərin köməyindən istifadə edilir.

 


Vətənə ,dövlətə xidmət , peşə fəaliyyətini şərəflə yerinə yetirmək Xanverdi və Amil müəllimlərin timsalında sərhəd tanımadığının şahidi oluruq . Biz də , pandemiyanın və yerli şəraitin yaratdığı bütün çətinliklərə baxmayaraq öz peşələrini sevə-sevə yerinə yetirən bu iki gənc müəllimə, təhsil fədailərinə peşə fəaliyyətində uğurlar arzulayırıq.

Aztehsil.com

 

Pandemiya dövründə ucqar kəndin müəllimləri

 

 

 

 






Загрузка...
Həmçinin oxuyun:
Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb

Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də  haqlıdırlar” - SORĞU

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də haqlıdırlar” - SORĞU

“Məktəbdə bircə printer  də yoxdur ki, materialları çıxaraq”- Ucqar kənd müəllimi

“Məktəbdə bircə printer də yoxdur ki, materialları çıxaraq”- Ucqar kənd müəllimi

Quba rayonuna mediatur keçirilib

Quba rayonuna mediatur keçirilib

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər?

Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər?

Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb – RƏSMİ

Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb – RƏSMİ

Bu kənddə şagirdlər məktəbə velosipedlə gəlir - VİDEO

Bu kənddə şagirdlər məktəbə velosipedlə gəlir - VİDEO