AzTehsil.com


Xəbərlər
10 may 2020
1 445


Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər



Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.

Dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Hazırda ölkəmizdə həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr reallaşdırılır.

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevin rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmaddədin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb.

Burada icra olunan layihənin birinci mərhələsində - 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şossesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq. report.az 



Загрузка...
Həmçinin oxuyun:
Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Heydər Əliyev  məzun  oldu.

Heydər Əliyev məzun oldu.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem

“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb

Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb

Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”