AzTehsil.com


Xəbərlər
01 may 2020
1 526


"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS



 

Dünyanın audit və konsaltinq xidmətləri təqdim edən dörd ən nəhəng kompaniyasından biri "PriceWaterhouseCoopers” sorğu keçirərək insanların öz rəhbərlərində hansı keyfiyyətlər axtardığını araşdırıb.

News24.az xəbər verir ki, sorğu nəticəsində milyonlarla insan onları idarəedənlərdə görmək istədikləri keyfiyyətləri təqdim edilən 250 dəyər arasından seçiblər.

Maraqlıdır ki, sıralamadakı ilk yeri dürüstlük, vicdanlılıq tutub. İnsanlar onları idarəedən şəxsdə ilk növbədə vicdan axtarır. Sonra onun vizyonlu olmağını arzulayırlar. Yəni, ikinci ən çox seçilən cavabda rəhbərin hədəfinin olmasının önəmi qeyd edilib. Rəhbərin onları hara apardığını əvvəlcədən görmək, hədəflərinin nə olduğunu bilmək istədiklərini qeyd edən respondentlərin üstünlük verdiyi bu keyfiyyət də çoxluğun seçimlərindəndir. Üçüncü ən çox seçilən cavabda iştirakçılar idarə etdiyi sahədən xəbərdar olan rəhbər arzuladıqlarını vurğulayıblar. İşçiləri motivasiya edə bilməsi idarəedən şəxslərdə işçinin görmək istədiyi dördüncü vacib keyfiyyət olub.
 
Azərbaycanda ötən ildən start götürən və hazırda videomüsahibə mərhələsi davam edən "Yüksəliş” müsabiqəsində yüksək intellektual zəkası, qərar qəbul etmə bacarığı, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, həmçinin innovativliklərin tətbiqi, büdcənin idarə edilməsi kimi bacarıqları, sosial məsuliyyəti olan şəxslərə üstünlük verilir. Müsabiqə şərtlərinə görə, sadalanan keyfiyyətləri özündə birləşdirən gənclər müxtəlif təlimlərə cəlb ediləcək, müəyyən olunmuş şəxslərlə görüşərək onların təcrübəsini öyrənəcək, hətta sonradan müxtəlif sahələrdə idarəetməyə cəlb ediləcəklər. 

Müasir idarəçi həm də liderdir?

Millət vəkili Etibar Əliyev isə müasir idarəçilərdə onları fərqləndirən keyfiyyətlər axtarır: "Müasir idarəçilərin planlaşdırma, təşkilatlanma, koordinasiya etmə, motivasiya, tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarət və korrektə etmək bacarıqları olmalıdır. Bir mühüm keyfiyyət də onları başqalarından fərqləndirir. Hər bir əməkdaşa unikal şəxsiyyət kimi baxması. Belə bir deyim də var: orta statistik idarəçi dama, yaxşı idarəçi isə şahmat oynayır. Bütün bunların həyata keçirilməsi üçün isə idarəetmə mədəniyyəti formalaşmalıdır”.
 
Onun fikrincə, müasir idarəçilər öz peşəsini bilməklə yanaşı, həm də liderlik keyfiyyətlərinə malik olmalıdırlar: "Liderlər starategiya hazırlayırlar. Onlar işçilərdə motivasiya yaradır, korporotiv missiya formalaşdırırlar. Ancaq onlar mütləq idarəçi deyillər. Hətta liderlərin bir neçə keyfiyyəti müasir idarəçilərdən fərqlənir. Ən əsas fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, faydalı olanı o, hamıdan əvvəl görür və vaxt itirmədən yararlanmağı bacarır. Onların işi insanları işıqlı gələcəyə aparmaqdır. Liderlərin üç mühüm keyfiyyətini qeyd etmək yerinə düşər: demokratik, nümunəvi və daim öyrədən. Yəni demokratik lider "Siz nə düşünürsünüz?” deyə soruşaraq başqalarının fikrini dinləyir, nümunəvi lider öncə özü bacarır və "İndi bunu mənim kimi edin” tezisi ilə önə çıxır, öyrədən lider isə "Bu variantı da düşünün” tezisi ilə seçilir”. 

"İdarəçi buna diqqət etməlidir"
 
E.Əliyevin fikrincə, müasir idarəçilərdə önəm verilən bir keyfiyyət də çox tez-tez müzakirə olunur: emosional zəka. İlk növbədə biznesin effektivliyinin inkişafına təsir göstərən bu amil idarəçilərdə zəruri olan əsas keyfiyyətlərdəndir: "Son illər "emosional zəka” anlayışı ədəbiyyatlarda geniş yer alıb. Təcrübələr göstərir ki, müasir idarəçilikdə emosional zəka biznesin effektivliyinin inkişafına təsir edir. Emosional intellektin dalğası təşkilata çox tez yayılır. Bu keyfiyyətə sahib idarəçi psixoloji reaksiya vasitəsilə işçilərin əhval-ruhiyyəsinə və davranışlarına daha tez təsir göstərir. Mütəxəssislər bunu elektrik cərəyanına bənzədirlər. Emosional lider olmaq təkcə səhər tezdən yaxşı əhval-ruhiyyə və işıqlı fizionomiya nümayiş etdirməkdən ibarət deyil. İdarəçi həmişə onun emosiyasının ətrafdakılara necə təsir göstərdiyinə diqqət yetirməlidir. Bunları analiz edib, təhlillərinin nəticələrinə uyğun olaraq davranışlarını korrektə etməlidir. Sənaye cəmiyyətinin idarəçisinin intellektual zəka sahibi olması vacib idi. İdarəçidə emosional zəka postsənaye cəmiyyəti üçün xarakterikdir. Çünki həm də biliyin statusu dəyişib. Bilik tətbiqini tapmalıdır. Bu mənada idarəçidə emosional zəka daha önəmlidir”



Загрузка...
Həmçinin oxuyun:
Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Liderliyin sirləri-Lider olmaq istəyənlər üçün

Liderliyin sirləri-Lider olmaq istəyənlər üçün

“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

Liderlik üslubları-Rəhbər olmaq istəyənlər üçün

Liderlik üslubları-Rəhbər olmaq istəyənlər üçün

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İDARƏETMƏ METODLARI

İDARƏETMƏ METODLARI

"İşçilərinizə öz bacarıqlarını nümayiş etdirmək üçün hər çür şərait yaradın"

"İşçilərinizə öz bacarıqlarını nümayiş etdirmək üçün hər çür şərait yaradın"

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim  nifrət edilən bir şəxs deyil, sevilən, sinifdə daim axtarılan və gözlənilən bir sima olmalıdır.

Müəllim nifrət edilən bir şəxs deyil, sevilən, sinifdə daim axtarılan və gözlənilən bir sima olmalıdır.

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Rəhbərsiniz, yoxsa Lider?

Rəhbərsiniz, yoxsa Lider?

Təhsil prosesinin əsas siması müəllimin pedaqoji qabiliyyəti

Təhsil prosesinin əsas siması müəllimin pedaqoji qabiliyyəti

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI