Xəbərlər
26 aprel 2020
1 196


“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

 

UNEC rektoru sosial şəbəkə üzərindən suallara aydınlıq gətirib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov facebook üzərindən canlı yayımda müəllim, tələbə, əməkdaş və valideynləri maraqlandıran sualları cavablandırıb.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsi rektora ünvanlanan suallardan bir qisminin cavablarını təqdim edib.

Ə.Muradov bildirib ki, UNEC-də tələbə biliyinin distant formada qiymətləndirilməsi dünya təcrübəsinə uyğun olaraq aparılacaq:”İmtahanlar distant keçiriləcəyi halda obyektivlik və şəffaflıq təmin olunmaq şərtilə ciddi proktorinq sistemi (uzaqdan nəzarət sistemi) tətbiq olunacaq. Distant formada imtahanlar təşkil edildiyi zaman UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini məsafədən izləyə biləcəklər. Tələbələrin imtahan proseslərinin videoqeydiyyatı da aparılacaq. Tələbə apelyasiyaya müraciət etdiyi zaman həmin videogörüntüdə tələbənin imtahan prosesini təkrar izləmək mümkün olacaq”.

 "Akademik borcu olan tələbələrin problemləri araşdırılaraq həlli istiqamətində təkliflər hazırlanacaq. Sərbəst işlərlə bağlı isə qaydalar hazırlanıb və təsdiqləndikdən sonra may ayında tələbələrə elan ediləcək.

Tələbələrə təqdim olunan mövzular üzrə 10 ballıq 1 sərbəst işin yazılması nəzərdə tutulub”-deyən Ə.Muradovun sözlərinə görə, distant təhsildə tələbələrin seminar balları nəzərə alınmayacaq.

Ölkədə yaranmış vəziyyətlə bağlı tələbələrin tamamlanmamış istehsalat təcrübələrinin  (praktikalarının) bütov təcrübə kimi qəbul edilməsinin nəzərdə tutulduğunu vurğulayan UNEC rəhbəri diplom müdafiəsi  və Yekun Dövlət Attestasiyasının akademik təqvimdə nəzərdə tutulan müddətdə keçiriləcəyini açıqlayıb.

Magistlərin dissertasiya işləri ilə bağlı suallara Ə.Muradov belə cavab verib:"UNEC-in Elmi Şurasının qərarına əsasən, 2020-ci ildən etibarən UNEC-in MBA proqramına qəbul olan magistrlər öz seçimlərinə uyğun olaraq, dissertasiya yazmaq hüququ əldə edirlər. Dissertasiya yazmaq hüququ əldə edən magistrlər MBA proqramını bitirdikdən sonra doktorantura təhsilinı davam etdirə biləcəklər. MBA təhsili alan və  digər magistrlərin imtahanlarının distant formada test üsulu və ya ənənəvi olaraq yazılı qaydada keçirilməsi istiqamətində hazırlıq işləri tamamlanıb. İmtahanlar testlə keçiriləcəkcə,  suallar öncədən magistrlərə veriləcək”.

Rektor qeyd edib ki,  Coursera sertifikatlarının təqdim edilməsi üçün müvafiq komissiya yaradılıb. Sertifikatın həqiqiliyi təsdiq edildikdən sonra tələbə sertifikata uyğun fənn üzrə imtahandan azad olunacaq:”Sertifikata uyğun qiymətlərin müəyyən edilməsi qaydaları tələbələrin şəxsi kabinetlərinə göndərilib. Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər.  Coursera kurslarından maksimum 5 sertifikat almaq mümkündür…Rusiya Ali İqtisad Məktəbinin UNEC-ə təklif etdiyi onlayn proqramları sertifikatsız proqramlardır. Onlayn dərsləri dinləyən tələbələrə sertifikatlar verilmədiyi üçün onlar imtahanlardan azad olunmayacaqlar. Dərsləri dinləyən tələbələr öz biliklərini artırmış olacaqlar”.
Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə məlumat verilib ki,   ərizə ilə müraciət etdikdə, onlara möhlət hüququ verilə bilər.

Kəsiri olan tələbələrin məsələsinə gəldikdə, rektor deyib ki, əvvəlki qaydalara uyğun olaraq, güzəşt olunmayacaq.

Mübadilə proqramında akademik borcu yaranan tələbələrə də güzəşt olunmayacaq, lakin imtahanın yenidən verilməsi üçün şərait yaradılacaq.

Qiyabi təhsil alan tələbələrin dərslərinin iyun ayında başlamasının nəzərdə tutulduğunu,  UNEC-in Zaqatala filialında "Bir pəncərə” sisteminin tətbiqinə yaxın zamanda başlanılacağını söyləyən Ə.Muradov Karyera və Məzun günü ilə bağlı suallara da aydınlıq gətirib. O deyib ki,  UNEC-in yuxarı kurs tələbələri üçün onlayn Karyera Gününün keçirilməsi nəzərdə tutulub; Məzun Gününün keçirilməsi isə  mövcud duruma uyğun olaraq, pandemiya dövründə dünya universitetlərinin təcrübəsinə əsasən təşkil olunacaq. muallim.edu.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC dekanları tələbələrlə görüşür

UNEC dekanları tələbələrlə görüşür

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-in keyfiyyət elçiləri ilə görüş

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-də növbəti yenilik

UNEC-də növbəti yenilik

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb