AzTehsil.com


Xəbərlər / Ekspert
25 aprel 2020
1 393


Təklifə Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən də münasibət bildiriləcək və dəstək veriləcək



Təklifə Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən də münasibət bildiriləcək və dəstək veriləcək

 

"Milli Məclisdə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə veriləcəyi ilə bağlı məsələnin gec-tez gündəmə gətiriləcəyi gözlənilən idi”

"Hesab edirəm ki, təhsildə varislik və fasiləsizlik prinsiplərininin təmin edilməsi baxımından uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasının bir daha gündəmə gətitilməsi təşəbbüsü hər cür təqdirə və alqışalayiqdir. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, ceviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər.

O da təqdirəlayiq haldır ki, Milli Məclisin yeni tərkibi hətta sosial izolyasiyə şəraitində belə fəaliyyətini dayandırmır və prioritet sahə saydığımız təhsilə dair artıq neçənci təklifdir ki, ümumi müzakirəyə çıxarır. Baxmayaraq ki, dünən qaldırılan məsələ neçə illərdən bəri idi ki, təhsil ekspertləri, media mənsubları tərəfindən dəfələrlə qaldırmışdı”.

"Düzdür, ədalət naminə onu da açıq etiraf etməliyik ki, 2000-cı illərdə özəl sektoru inkişaf etdirmək məqsədilə bağçaların özəlləşdirməyə çıxarılarkən onların təyinatı üzrə işləməsində bir sıra yanlışlıqlara yol verilmişdi. Belə ki, 300-ə qədər bağçanın müəyyən hissəsi sökülmüş, onların yerində göydələnlər, şadlıq sarayları, məişət evləri və digər iaşə obyektivlərinin tikilməsinə göz yumulmuş, nəticədə məktəbəqədər müəssisələrdə nəzərəçarpacaq sıxlıq yaranmışdı.

2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilmişdi ki, bunun da nəzərəçarpacaq fəsadlarının bilavasitə şahidiyik. Düzdür bir müddət sonra təmir tikinti və təchizat yenidən Təhsil Nazirliyinə qaytarıldı”.

"Hazırda Strategiyaya əsasən məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin ən yüksək səviyyəyə çatdırılmasını hədəfləmişik, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması nəticəsində təhsilə hazırlanmada yarana biləcək fəsadlarin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçiririk.
"Strategiya”mıza əsasən idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoyulub

Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret daşımalıdır, yəni bütün məsələlər bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir.

Hesab edirəm ki, belə bir təklifin reallaşması ölkə başçısı tərəfindən təhsilimizə göstərilən diqqət və qayğıya cavab olaraq, son illərdə Təhsil Nazirliyinin apardığı davamlı və dayanıqlı işlərə verilən yüksək qiymət və layiqli töhfə olar.

Ümidvarıq ki, Milli Məclisin müzakirəsinə çıxarılan təklifə Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən də münasibət bildiriləcək və dəstək veriləcək”.

Qeyd edək ki, Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında bağçaların Təhsil Nazirliyinə verilməsi məsələsi müzakirə edilib.



Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıla bilər

Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıla bilər

“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” – Məhəbbət Vəliyeva

“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” – Məhəbbət Vəliyeva

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq