AzTehsil.com


Xəbərlər
01 fevral 2017
3 184


Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb



Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

 

Qarlı və şaxtalı hava şəraitinin müşahidə olunması ilə əlaqədar orta məktəblədə şagirdlərin davamiyyəti kifayət qədər aşağı düşüb.
 
Aztehsil.com xəbər verir ki, bu barədə trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
 
Onun sözlərinə görə, hazırda rayonların müvafiq qurumlarından orta məktəblərdə tədris prosesinin təşkili lə əlaqədar məlumatlar toplanılır: "Hava şəraitinin daha kəskin dəyişdiyi rayonlarda şagirdlərin dərsə davamiyyəti daha çox düşüb. Bunlar daha çox dağlıq rayonlardır”.
 
Qeyd edək ki, ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.
 
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.



Загрузка...