AzTehsil.com


Xəbərlər
16 aprel 2020
1 312


Təhsil Nazirliyinin layihəsi YUNESKO-nun onlayn platformaları arasında



Təhsil Nazirliyinin layihəsi YUNESKO-nun onlayn platformaları arasında

 

Azərbaycanda tətbiq edilən təhsil platforması YUNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Belə ki, dünyada COVID-19 koronavirus pandemiyasının yayılması ilə əlaqədar YUNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqetmələrinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən  "Polyup” platforması da bu siyahıya daxil edilib. 

2015-ci ildə Stanford Universitetinin professorları tərəfindən təsis olunmuş "Polyup” platforması real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır. Platforma hazırda 70-dən çox ölkədə istifadə edilir (ABŞ, Oman, Yunanıstan, Böyük Britaniya Krallığı, Azərbaycan, İspaniya, Fələstin və s.) və Azərbaycan dili də daxil olmaqla 26 dildə fəaliyyət göstərir. 

2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda 90 məktəbdən ümumilikdə 1000-dən çox müəllim və 10 000 şagird "Polyup” layihəsinə qoşularaq fəal şəkildə respublika üzrə keçirilən müsabiqələrdə iştirak edirlər. 2019-cu ilin fevral ayından başlayaraq Azərbaycan üzrə 10 "Poly” müsabiqə həyata keçirilib. Müsabiqələrdə qalib gələn müəllim və şagirdlər müxtəlif qiymətli hədiyyə və sertifikatlarla təltif olunublar. Bundan əlavə, müəllim və şagirdlərin portal vasitəsilə beynəlxalq müsabiqələrdə iştirak imkanları da mövcuddur. 

Qeyd edək ki, hazırda Təhsil Nazirliyi "Polyup” platformasındakı resursları teledərslərə və www.video.edu.az portalında yerləşən digər videoresurslara da inteqrasiya edir. Nəticədə şagirdlər dərs mövzuları üzrə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini əyani şəkildə anlayırlar. Ölkəmizdə tətbiq olunan bu təcrübədən artıq digər ölkələrdə də faydalanırlar.



Загрузка...
Həmçinin oxuyun:
Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Teledərslərə start verilir

Teledərslərə start verilir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

Təhsil nazirinin Fransaya səfəri davam edir

Təhsil nazirinin Fransaya səfəri davam edir

Məktəblinin dostları təltif edilib

Məktəblinin dostları təltif edilib

Elektron dərslik portalında 39 dərslik yenilənib

Elektron dərslik portalında 39 dərslik yenilənib

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək