AzTehsil.com


Xəbərlər
08 aprel 2020
1 131


Aydın Mirzəzadə: “ Telelderslərin karantindən sonra da davam etməsini təklif edirəm”



Aydın Mirzəzadə: “ Telelderslərin karantindən sonra da davam etməsini təklif edirəm”

 

"Mənim hazırda orta məktəbdə oxuyan övladım və ya nəvəm olmadığına görə teledərsləri sistemli şəkildə izləmirəm, amma vaxtaşırı  baxıram. Ötən gün Təhsil Nazirliyindən icazə alaraq teledərslərin hazırlandığı mərkəzə getdim”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  millət vəkili Aydın Mirzəzadə deyib. O, teledərslərin hazırlandığı 6 nömrəli mərkəzdən xoş təəssüratlarla ayrıldığını bildirib:

"Koronavirus bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir etdi. Ölkə rəhbərliyi virusun yayılmasının qarşısını almaq məqsədilə ali və orta, ümumtəhsil  müəssisələrində tədrisin təxirə salınması ilə bağlı qərar verdi.  Ancaq bununla belə Təhsil Nazirliyi  bu müddətdə istifadə olunacaq səmərəli metodlar axtardı və çox doğru olaraq televiziya vasitəsilə dərslərin keçirilməsinə üstünlük verildi.

Bir sıra ölkələrdə başqa formalardan istifadə edilsə də, sonradan Azərbaycan formatında dərslərin keçilməsinə üstünlük verdilər. Mənim hazırda orta məktəbdə oxuyan övladım və ya nəvəm olmadığına görə teledərsləri sistemli şəkildə izləmirəm, amma vaxtaşırı baxıram. Tədrisin forması və dərsin izahı mənim çox xoşuma gəlir. Dünən Təhsil Nazirliyindən icazə alaraq teledərslərin hazırlandığı mərkəzə getdim. Bu, Səbail rayonundakı məşhur 6 nömrəli məktəbin binasında  yerləşir. Nazirliyin böyük bir kollektivi burada növbəti dərslərin hazırlığını görür. Əvvəldən qrafik tutulub, tədris proqramına uyğun olaraq müəllimlər dəvət olunur. Mənim sualıma cavab olaraq bildirdilər ki, Bakı, Sumqayıt, Abşeron şəhər və məcburi köçkün məktəblərinin ən yaxşı müəllimləri mərkəzə dəvət olunur. Mərkəzdə teledərslərin gedişatını kənardan canlı izləyə bildim.  Çəkilişdən sonra çox hazırlıqlı texniki personal dərslərin televiziya versiyasını hazırlayır və hər hansı texniki problemin olmamasına nəzarət edir”.

Onun sözlərinə görə teledərslər məcburiyyətdən yaranmış bu fasiləni doldura bilir. Hətta  valideynlərin əksəriyyəti Nazirliyin işçilərinə tədris bərpa olunandan sonra teledərslərin  davamı ilə bağlı müracitə edib:

"Mən Təhsil Nazirliyinin,  işçilərin, müəllimlərin bu məsələdə fədəkarlığının şahidi oldum. Onlar mənə bildirdilər ki, teledərslərə  çox böyük maraq var. Müəllimlər sinif şagirdləri ilə daimi əlaqə saxlayırlar. Valideynlər dərslərə bağlı  müraciətlər edirlər və hətta müəyyən bir hissə real tədris müddəti bərpa edildikdən sonra da teledərslərin keçirilməsini təklif edirlər. Çünki  valideyn sonradan  buna baxaraq öz övladı üçün aydın olmayan hissəni öyrənərək ona izah edə bilir. Teledərslərin keçirilməsi hesab edirəm ki, məcburiyyətdən yaranmış bu fasiləni doldura bilir. Şagirdlərimizin təhsildən geri qalması faktorunu tamamilə istisna edir, ən əsası diqqəti təhsilə yönəldir.  İşin təşkili məni çox razı saldı, orda gördüyüm müəllimlərə, təhsil işçilərinə vətəndaş kimi öz təşəkkürümü bildirdim”.

Millət vəkili məktəbin fəaliyyəti ilə maraqlandığını da vurğulayıb:

"6 nömrəli məktəbin direktoru Gülşən xanım Orucova ilə xeyli söhbətimiz oldu.  O, bu tədrisdən şəxsən məktəbin şagirdlərinin böyük hissəsinin faydalandığını dilə gətirdi. Mənə məktəbin uğurları da maraqlı idi. 3 dildə-Azərbaycan, rus və ingilis dilində tədris aparılır, məktəbin qəbul faizi də çox yüksəkdir. Ötən il səhv etmirəmsə, 244 nəfər məzun hamısı Azərbaycanda və xaricdə ali məktəblərə qəbul olub.  Bu, əlbəttə ki, həm məktəbin, həm də ailələrin uşaqların təhsilinə göstərdiyi diqqətdən irəli gəlir”. 

"Teledərslər bugünki vəziyyətdə ən real və ən düzgün çıxış yolu idi.  Mən çox istərdim ki, teledərs sistemi bundan sonra da davam etsin”- deyə millət vəkili A. Mirzəzadə sözlərinə əlavə edib.



Загрузка...
Həmçinin oxuyun:
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün qiymətləndirmə keçirəcək

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün qiymətləndirmə keçirəcək

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Teledərslərin yayımı davam edəcək

Teledərslərin yayımı davam edəcək

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Teledərslərin sabahkı CƏDVƏLİ

Teledərslərin sabahkı CƏDVƏLİ

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Bu gün keçiriləcək teledərslərin cədvəli

Bu gün keçiriləcək teledərslərin cədvəli

Təhsilin davamlılığının təminatında teledərslərin əhəmiyyəti

Təhsilin davamlılığının təminatında teledərslərin əhəmiyyəti

"Çox təəssüf ki, bu barədə ancaq bu hadisədən sonra danışdıq" - Deputat Təhsil Kompleksində baş vermiş hadisədən danışdı

"Çox təəssüf ki, bu barədə ancaq bu hadisədən sonra danışdıq" - Deputat Təhsil Kompleksində baş vermiş hadisədən danışdı

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili

"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili

"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili

"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

Bu məktəbin istilik sistemləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Bu məktəbin istilik sistemləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Teledərslərin sabahkı CƏDVƏLİ

Teledərslərin sabahkı CƏDVƏLİ

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı

Nazir şagirdə görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı