AzTehsil.com


Xəbərlər / Ziyalılar / Dünya
03 aprel 2020
3 001


Haqq nazilər, amma üzülməz.



Haqq nazilər, amma üzülməz.

 

Əziz dostlarım!
Bir məsələ ilə bağlı münasibət bildirməyi özümə vətəndaşlıq borcu hesab edir və fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bəyənsəniz də, bəyənməsəniz də var olun!

Son günlər ölkəmizdə yayılan pandemiya üzündən hər kəs narahatlıq keçirir. Bir aydan çoxdur ki, təhsil müəssisələri bağlanıb, əhali bütün işini dayandırıb, gözünü mavi ekrana zilləyib. Milli bayramımız olan Novruzun gəlişi də insanların ruhunu isidə bilməyib. Hamı sanki üşüyür. Belə bir vaxtda bir acı xəbər də xalqımızı üzdü. Azərbaycanlı iş adamı Mübariz Mənsimov qardaş ölkədə şərlənərək həbs olundu. Türkiyə ədalət məhkəməsini qərarı ilə haqqında məhkəmə işi başladıldı.

Mübariz Mənsimov 1998-ci ildə Türkiyədə "Palmali" Şirkətlər Qrupunu yaradıb. Şirkətin 21 ölkədə təmsilçiliyi fəaliyyət göstərir. İş adamı bu şirkət daxilində 40 min insanı işlə təmin edib. Bu o deməkdir ki, "Palmali” ailəsindən 40 min vətəndaş ailəsinə çörək pulu qazanır, öz gələcəyi üçün xəyallar qurur.  Hətta bu şirkətdə eşitdiyim qədəri ilə illərlə bir ənənə də formalaşıb. Burada çalışan  insanlar dünyasını dəyişsə belə ölümündən sonra  da onların ailələri unudulmur, əməkhaqqı müavinət kimi mərhumun ailə üzvülərinə ödənilir. Bu isə "Palmali"nin sonuna qədər öz əməkdaşlarının arxasında olduğunun əyani sübutu, dünyada ali dəyərlərin qorunması, yaşadılmasına verilmiş bir tövhə, insanlığın  bariz nümunəsidir.

Bu gün Mübariz Mənsimov Türkiyə - Azərbaycan dövlətlərində xeyirsevər iş adamı kimi tanınır. Təsadüfi deyil ki, o 20 mindən çox Azərbaycanlı  tələbəyə təqaüd verir, onların təhsili üçün əlindən gələni əsirgəmir. Belə bir xoşməramlı addım cənab prezidentimiz İlham Əliyevin - "biz maddi dəyərlərimizi insan kapitalına çevirməliyik" - çağrışına ən böyük dəstəkdir.

Minlərlə azərbaycanlı iş adamından biri olan Mübariz Mənsimov yeganə şəxsiyyətdir ki, ali və insani dəyərləri ilə Azərbaycan və Türk dünyasının hörmətini, sevgisini qazanmışdır. "Palmali” gəmilərində,  tankerlərində Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət, incənət xadimlərinin və eləcə də Milli Qəhrənanlarının adının verilməsi, onların xatirəsini əbədiləşdirilməsi onun vətənpərvər insan olduğunun göstəricisidir. Dünya okeanlarında Azərbaycan bayrağının dalğalandırılması, milli dəyərlərimizin təbliği onun şəxsiyyətinin bütövlüyündən xəbər verir.
O təlatümlü gecə Neft Daşlarında baş vermiş qəzanı yəqin xatırlayırsınız. Mübariz Mənsimov həmin vaxt itkin düşən neftçilərin tapılması üçün 4 milyon manat dəyərində sualtı gəmi alıb, Azərbaycan dövlətinə bağışlamışdı...
Belə bir iş adamının həbsinə etirazını bildirmək hər bir azərbaycanlının borcudur.
Təəssüf doğuran isə odur ki, bir çox sapı özümüzdən olan baltalar nəinki ona dəstək olur, hətta düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Mətbuat səhifələrində sifarişlə yazılan böhtan, şər xarakterli yazılar, şəxsiyyəti təhqir edən ifadələr işlətməklə Mübariz Mənsimova qarşı pis niyyətlərini həyata keçirməkdən çəkinmirlər. İstər KİV nümayəndələrinə müsahibələrində, istərsə də ictimai tədbirlərdə çıxışları zamanı o biznes adamı olduğunu vurğulayır, siyasətə qarışmadığını söyləyir. Bədxah rəqibləri isə onu gözdən salmaq məqsədilə müxtəlif yollara baş vururlar.

 Adam illərlə xalqın, millətin yolunda qazancını bölüşmüş, imkansızlara arxa, dayaq olmuşdur. Təəssüf hissi ilə izlədim. Bir millət vəkili digərlərinə də çağırış edib, - "Xalq Mübarizi nədən dəstəkləməlidir? O Azərbaycanın bütövlüyü uğrunda mübarizəmi aparıb?” – deyir. Soruşmaq istəyirəm, bəs Mübariz Mənsimov kim uğrunda mübarizə aparıb? 
Azərbaycanın yüzlərlə gəncinin savadlanıb, təhsil almasında əməyini əsirgəməyən bu insanın dəstəyi mübarizə deyilmi? İnsanların sağlamlığı, təhlükəsizliyi, həyata yenidən sarılıb sevməsi, evində vətən üçün əsgər böyüdən ailələrin işlə təmin olunması yolunda dövlətə, millətə verdiyi dəstək, köməklik mübarizə deyilmi? 

Bizə səngərdə döyüşmək üçün əsgər lazımdırsa, o əsgəri böyütmək üçün sağlam ailə də  vacibdir. Sağlam ailənin rifahı isə onun məşğulluğundan asılıdır. Ehtiyyatda olan əsgər kimi bu gün arxa cəbhədə xalqı, milləti yolunda yatırdığı sərmayələr mübarizə deyilmi? Görəsən, Vətənin ona oğul deməsi üçün daha nələri etməsi gərəkirdi? Şəhid olmağınımı istəyirsiniz? Biz yetərincə şəhidlər vermişik, yetər artıq. Bizə sağlam, əqidəli, xalqı milləti yolunda təmannasız çalışan, Mübarizlər gərəkdir. Minlərlə Mübarizimizi Vətən yolunda qurban vermişik. Daha Mübarizlərimizi itirmək istəmirik!

Ağrılı məqam isə ondan ibarətdir ki, bu insanlar arasında bizim jurnalist həmkarımız da var. Sözün həqiqi mənasında belə həmkarlarımın olmasından utanıram. Axı, biz jurnalistlərə universitetdə media hüququ, jurnalist etikası öyrədilib. Siz onu da yaxşı bilirsiniz ki, məhkəmə qərarı çıxmayınca vətəndaşı cinayətkar adlandırmaq yolverilməzdir. Üstəlik jurnalist etikasında şəxsiyyətə təhqir, həqarət qəbuledilməzdir.
Daha bir məqamı da yadınıza salmaq istəyirəm. Jurnalistikanın təməl qanunlarından biri də onun vicdanlılıq, qərəsizlik kimi prinsiplərinə əməl olunmasıdır. Budurmu, sizin vicdanlılığınız?

"Bizə belə Mübarizlər lazım deyil", - deməklə açıqca qərəzlilik nümayiş etdirməyiniz də göz qarşısındadır.
Bəlkə düşünürsünüz ki, Mənsimov həbs olunub, nə istəsəniz yaza bilərsiniz.  Xeyr və əsla! Məkhəmə hələ onun günahkar və təqsirkar olduğunu təsdiqləməyib. İnşallah təsdiqləyə də bilməyəcək!

Biz Türkiyə dövlətinin qanunlarına, hüquq və ədalətinə güvənərək Mübariz Mənsimov haqqında ədalətli qərar veriləcəyinə inanırıq. Buna görə də baş vermiş xoşagəlməzliklərin aradan qalxacağına ümid edir, qardaş Türkiyədən ədalətli qərar gözləyirik.
Siz isə çirkin əməllərinizlə Mübariz Mənsimovu xalqın gözündən sala bilməzsiniz. Elin gözü tərəzidir - deyiblər. Haqq nazilər, amma üzülməz!

Jurnalist Dilşad Xaqaniqızı .



Загрузка...
Həmçinin oxuyun:
Mübariz Mənsimov 150 azərbaycanlı tələbəyə təqaüd verəcək

Mübariz Mənsimov 150 azərbaycanlı tələbəyə təqaüd verəcək

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Tələbələri sevindirən qərar

Tələbələri sevindirən qərar

CƏMİYYƏTDƏ JURNALİSTİN VƏTƏNDAŞ MÖVQEYİ

CƏMİYYƏTDƏ JURNALİSTİN VƏTƏNDAŞ MÖVQEYİ

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

" Saytımız vasitəsilə Sumqayıta gələcək olan şəhidlər barədə əhali məlumat alır və bir yerə toplaşıb şəhid ailəsinə dəstək verə bilirdilər”-5 yaşı tamam olan sayt

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Ailədə vətənpərvərlik tərbiyəsi...

Ailədə vətənpərvərlik tərbiyəsi...

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Məktəb direktoru iş başında infarkt keçirdi

Məktəb direktoru iş başında infarkt keçirdi

Universitet dekanı işdən çıxarıldı

Universitet dekanı işdən çıxarıldı

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı

Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Prezident müəllimlərlə söhbət etdi: “Vətəndaşlara müraciət etmək istəyirəm”

Prezident müəllimlərlə söhbət etdi: “Vətəndaşlara müraciət etmək istəyirəm”

Bir az da özümüzdən - DAVRANIŞ MƏDƏNİYYƏTİ

Bir az da özümüzdən - DAVRANIŞ MƏDƏNİYYƏTİ