Bildiyiniz kimi, koronavirusla mübarizə çərçivəsində bir sıra özəl və dövlət qurumları, təşkilatlar, obyektlər fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Ölkədə karantin rejimi martın 29-dan, aprelin 20-nə kimi uzadıldı.
Karantin rejiminin vaxtı yenidən uzadılarsa qəbul imtahanlarının vaxtlarında hər hansı bir dəyişiklik olub, olmayacağı ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə KONKRET.az-a açıqlama verib.
Həmin açıqlamanı təqdim edirik:
"Təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir”- deyə o, bildirib.