Xəbərlər
27 mart 2020

Naxçıvanda 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsində Naxçıvanın mikobiotasının papaqlı göbələklərinin növ tərkibi, ekoloji xüsusiyyətləri, qurşaqlar üzrə yayılma qanunauyğunluqları sistemli şəkildə öyrənilir.

 

İnstitutdan verilən məlumata görə, 2006-cı ildən başlayaraq bu istiqamətdə tədqiqat aparan şöbənin böyük elmi işçisi, dosent Həmidə Seyidova tərəfindən muxtar respublikanın müxtəlif ərazilərindən 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb.

 

Aparılan tədqiqatlar nəticəsində Naxçıvanın mikobiotasında 120 növ göbələyin yayıldığı, bunlardan 45 növün yeməli, 6 növün zəhərli, qalan növlərin isə yeməli olmayan növlərə aid olduğu müəyyən edilib.

 

Həmçinin, Naxçıvanda yayılan 2 papaqlı göbələk Morchella esculenta (L.) Pers. və Terfezia leonis Tul. növünün yayılma arealının azaldığı nəzərə alınaraq Azərbaycan Respublikasının Qırmızı kitabına salınıb. Toplanılan göbələklərdən 4 cins, 18 növ Azərbaycan mikobiotası üçün ilk dəfə aşkar olunub.

 

Tədqiqatçı qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının rəngarəng torpaq iqlim şəraiti, yabanı və mədəni bitki florasının zənginliyi burada müxtəlif taksonomik qruplara daxil olan göbələk aləminin də formalaşmasına səbəb olub. Onun sözlərinə görə, göbələklərin əmələgəlmə vaxtı, inkişaf müddəti və sonu hər növün bioloji xüsusiyyətlərindən, mühitin iqlim şəraitindən, xüsusən torpaq və havanın rütubətindən asılıdır. Naxçıvan ərazisində yeməli göbələklər demək olar ki, mart-oktyabr aylarında, müəyyən fasilələrlə əmələ gəlir. Onların məhsuldarlığı müəyyən illərdə bol olduğu halda, növbəti ildə nisbətən azalma ilə müşahidə edilir. Əsasən papaqlı göbələklərin inkişafı mart ayının axırlarından və aprelin əvvəllərindən başlayaraq Terfezia leonis, Morchellaesculenta, Lycoperdon perlatum və digər kiçik növlərin əmələ gəlməsi ilə başlayır. Morchellaesculenta və Lycoperdon perlatum növlərinə  meşə və kolluqlarda , Terfezia leonis növünə isə bozqır və dağ ətəklərində rast gəlinir. muallim.edu.az









Загрузка...
loading...

Həmçinin oxuyun:
Gənc alimin səmərəli tədqiqat işi

Gənc alimin səmərəli tədqiqat işi

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Naxçıvanda müəllimə 5 min manat mükafat verildi

Naxçıvanda müəllimə 5 min manat mükafat verildi

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Göbələyin bilinməyən faydaları

Göbələyin bilinməyən faydaları

“Naxçıvan” Universitetinin rektoru təyin edilib

“Naxçıvan” Universitetinin rektoru təyin edilib

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Nümayəndə heyəti Ukrayna Respublikasının İrpen şəhərinə işgüzar səfər edib

Nümayəndə heyəti Ukrayna Respublikasının İrpen şəhərinə işgüzar səfər edib

Naxçıvan Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb

Naxçıvan Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb

Bu ərzaqlar insan sağlamlığı üçün təhlükəlidir? - VİDEO

Bu ərzaqlar insan sağlamlığı üçün təhlükəlidir? - VİDEO

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu QAYDALARI

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu QAYDALARI

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Naftalan və Goranboyda kurqanlar aşkar edildi

Naftalan və Goranboyda kurqanlar aşkar edildi

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb