AzTehsil.com


Xəbərlər / Ekspert
20 mart 2020
2 780


“Distant təhsil bizdən niyə distant düşüb?”-İndoneziyada işləyən professor cavab yazıb



“Distant təhsil bizdən niyə distant düşüb?”-İndoneziyada işləyən professor cavab  yazıb

 

  Distant təhsilə dair  Məqaləmə İndoneziyada işləyən prof. dostum ordan cavab  yazıb: 
         
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti dostum İlham Əhmədovun "Distant təhsil bizdən niyə distant düşüb?” məqaləsini oxudum. Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq cavabı birbaşa müəllifə deyil, ictimaiyyətə ünvanlamağı qərara aldım.

Hörmətli İlham müəllim!

Məzhəkəçi bir dostum var, indi Türkiyədə fəaliyyət göstərir. Bir dəfə "Azərbaycan dilindən ruscaya bir ifadəni tərcümə etmişəm, dinlə” dedi: "Эх ты, сын покойного, что ты положил, что ты ищешь?! Этот мир …”. İndi bu məzəli tərcümənin orijinalında olduğu kimi, "Ay rəhmətliyin oğlu, sən nə qoyub, nə axtarırsan. Bu dünya...”.

Yanğı ilə bəhs etdiyiniz bu mövzu bütün dünya üçün aktualdır, Azərbaycandan başqa. Distant təhsil olarsa, bəs onda müvafiq struktur sahiblərini kim "görər?!” Onda təhsilalanın cibinə necə girmək olar?!

Hörmətli İlham müəllim!

Kənd həyatı ilə yaxından tanış olanlar yaxşı bilirlər. Vəfat etmiş kənd sakinlərinin yas mərasimlərində xüsusi ağı deyən qadınlar olurdu. Onlar dizlərinə döyərək ağlayır, hamını ağlatmağa çalışırdılar. İndi Azərbaycan təhsilinə onlardan ibarət bir batalyon lazımdır ki, oturub ağlasın və xalqı ağlatsın. Ağlaşmadan sonra da hərə öz kefinə getsin. Təhsilinin rəhbərliyində iki-üç nəfər təhsil işçisi tapılmayan bir məkanda distant təhsil başına haranın külünü töksün?! Təhsil "ekspert”lərinin çoxu orta məktəbdə və universitetdə oxuduğu müddət istisna olmaqla təhsil ilə heç bir əlaqəsi olmayan, ayın sonunda təhsil müəssisələrinin rəhbərlərinə "xox” gələrək haqqını alan reketlər olan bir məkanda hansı təhsildən danışmaq olar?!

Ölkə rəhbərliyi təhsil üçün, onun inkişafı üçün zəruri vəsaiti ayırır. Lakin onların hansı ciblərə və necə getdiyini siz də, mən də yaxşı bilirik. Vicdanlı, təhsilə sizin kimi can yandıranların sözü eşidilməz, bunu yaxşı bilirsiniz. Ölkə başçısı ilə xalq arasında elə bir sədd yaradılmışdır ki, ona ünvanlanmış hər hansı təklif, şikayət heç vaxt ünvanına çatmaz. Elm sahəsində də vəziyyət belədir. Məsələn, Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar qəbul edərək, yüzdən artıq doktorant və dissertantın haqqını tapdayır, onlara sözün əsl mənasında işgəncə verir. Ondan Prezidentə və I Vitse-prezidentə ünvanlanan onlarla şikayət isə elə Ali Attestasiya Komissiyasının özünə göndərilir. Bu komissiya da, SSRİ dövründə olduğu kimi, şikayətçilərin hamısına bir hərf də dəyişmədən şablon cavab göndərir. Metaforik şəkildə desək, quzunun hökmünü qurd çıxarır.

Hörmətli İlham müəllim!

Güzəştli sosial evlərin elektron qaydada satışı haqqında məlumatlardan xəbərdar olmamış deyilsiniz. Evlərin çoxu əvvəlcədən 5-6 min manat "şapka” ilə satılrır. Satış başlayanda isə portalın başına elə bir oyun gətirilir ki, sistem dərhal çökür. Bulanıq suda balıq tutmaq çox asan olur, deyilmi?!  Distant təhsili də onun üçün ən yüksək şərait yaradılacağı, ən yüksək texnologiyalar tətbiq ediləcəyi halda belə, eyni aqibət gözləyir, çünki bizdə həmişə fərdi maraq ictimai maraqdan üstün olmuşdur. Nə qədər ki, bizdə ictimai şüur formalaşayıb, yolumuza beləcə davam edəcəyik, əziz dostum.

Bununla belə, əlbəttə, sizin fikirlərinizi alqışlayır, onların nə zamansa həyata keçəcəyinə ümidimi itirmirəm. Ali Attestasiya Komissiyası adlanan bi yaranın da nə zamansa əməliyyat yolu ilə kəsilib atılacağına ümidim böyükdür.

Hörmətlə,

Həbib Zərbəliyev
Qacah Mada Universteti, Cokyakarta, İndoneziya



Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

Prezident məktəbin vəziyyətini TV-dəki  bu reportajdan öyrəndi - Video

Prezident məktəbin vəziyyətini TV-dəki bu reportajdan öyrəndi - Video

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ

"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Belə bir suala cavab axtaraq: yeri gələrsə müəllimi məktəbə, yoxsa məktəbi müəllimə qurban verəkmi?

Belə bir suala cavab axtaraq: yeri gələrsə müəllimi məktəbə, yoxsa məktəbi müəllimə qurban verəkmi?

DƏYƏRSİZ MÜƏLLİMLƏR

DƏYƏRSİZ MÜƏLLİMLƏR