Xəbərlər
17 mart 2020
346

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

 

Məlum olduğu kimi, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının, aprelin 19-da rezidenturaya qəbul imtahanının keçirilməsi, 16 mart – 14 aprel tarixlərində isə  ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması  nəzərdə tutulurdu.

 

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən  (DİM ) bildirilib.

 

11-ci sinif buraxılış imtahanları, eləcə də də martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcək.

 

DİM abituriyentlərə və valideynlərə tövsiyə edir  ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin "Youtube” kanalı vasitəsilə təqdim edilən "vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

 

"Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.

 

Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.

 









Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda daha bir imtahan təxirə salındı

Azərbaycanda daha bir imtahan təxirə salındı

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Ali təhsil müəssisələrinə sənəd qəbuluna start verilib

Ali təhsil müəssisələrinə sənəd qəbuluna start verilib

DİM martın 15-də keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul imtahanı ləğv edib

DİM martın 15-də keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul imtahanı ləğv edib

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

İmtahanlar təxirə salındı.

İmtahanlar təxirə salındı.

Buraxılış imtahanı təxirə salındı

Buraxılış imtahanı təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı

Ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Sənəd qəbulunun vaxtı uzadıldı

Sənəd qəbulunun vaxtı uzadıldı

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

İmtahanların siyahısı

İmtahanların siyahısı

IX-ların  buraxılış imtahanlarının I mərhələsi martda keçiriləcək

IX-ların buraxılış imtahanlarının I mərhələsi martda keçiriləcək

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Kolleclərə ixtisas seçimi vaxtı açıqlandı

Kolleclərə ixtisas seçimi vaxtı açıqlandı

Ərizə qəbulunun vaxtı uzadıldı.

Ərizə qəbulunun vaxtı uzadıldı.

DİM-in 2018-ci ildə keçirəcəyi imtahan vaxtları məlum oldu

DİM-in 2018-ci ildə keçirəcəyi imtahan vaxtları məlum oldu

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib