AzTehsil.com


Xəbərlər / Müəllim
09 mart 2020
3 715


“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”



“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

 

Emin Hüseynov: "Arzum budur ki, əsl şəxsiyyət olan vətəndaşlar yetişdirim”

Emin Hüseynov 1990-cı ildə Samux rayonu Qarabağlar kəndində anadan olub. 2011-ci ildə Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin ingilis dili müəlimliyi ixtisasını bitirib. 2013-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gədəbəy rayonunun Söyüdlü kənd tam orta məktəbinə ingilis dili müəllimi təyin olunub. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində  54  bal toplayıb. Həmin il müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edərək Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 2018-ci ildə yenidən yerdəyişmə prosesindən keçərək Göygöl rayon Nadil kənd tam orta məktəbində çalışmağa başlayıb.
- Müəllimlik peşəsinə sizdə maraq  necə yaranıb?
- Şagird olduğum dövr gələcək planları müəyyənləşdirmək, sahib olmaq istədiyim peşə, qazanacağım nailiyyətlər üçün bir başlanğıcdır. Hər bir sahədə stimul vacib məsələlərdən biridir. Mənim də  stimul aldığım çox qabaqcıl müəllimlərim var idi. Məktəbdə oxuduğum müddətdə ilk müəllimim - ibtidai sinif müəllimim  mənim üçün əsl müəllimlik siması idi. O, bizimlə çox yaxşı davranır, yalnız bir müəllim yox, yaxın bir insan, mehriban bir ailə üzvü kimi münasibət bəsləyir və öz övladları kimi can yandırardı.Yadımdadı. Dərslərin birində mən mövzunu izah etdim, yerimə əyləşəndə müəllimim məni saxladı və dedi: "Səndə çox yüksək müəllimlik bacarığı və savadı var, çalış istifadə et və müəllim ol!”. Bəlkə də həmin gündən müəllimlik fəaliyyətim başladı. Ulu öndər Heydər Əliyev demişdir: "Mən yer üzündə  müəllimdən yüksək ad tanımıram”. Bu, böyük qiymətdir.
- Pedaqoji  fəaliyyətinizdə qazandığınız nailiyyətlər  barədə nə  deyə bilərsiniz?
- Pedaqoji fəaliyyətə başladığım andan ən böyük uğuru əldə etdiyimi anladım. Bu, müəllimlik idi. Qəlblərə yol tapmaq, onlarla şagirdin gələcəyini müəyyənləşdirəcək bir şəxs olmaq əvəzolunmaz bir hissdir.  Pedaqoji fəaliyyətə ilk başladığım yer Söyüdlü kənd tam orta məktəbi idi. O kəndin qışı çox sərt keçirdi.

Pedaqoji  fəaliyyətə  başladığım ilk gündən  şagirdlərimdə ingilis dilinə maraq artdı. Bir neçə məzun şagirdim universitetə qəbul olundu.

- Dərs verdiyiniz şagirdlərinizin  ali məktəblərə qəbul olma nəticəsi sizi qane edirmi?

- Bu gün şagirdlərimin nəticəsi məni qane edir. Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir. Mən şagirdlərimlə fəxr edirəm. 

- Dərs prosesində ən çox  hansı metodlardan istifadə edirsiniz?

- Mən dərs prosesində hər şagirdə eyni yanaşmağa çalışıram. Ən əsası sinifdə ayrı-seçkilik salmıram. Şagirdlərdə fənnə maraq yaratmaq üçün zəif olan şagirdləri güclü şagirdlər kimi  sual-cavab edirəm. Çünki şagirdlər uşaqlıq dövrünü yaşayırlar, onların daim xoş münasibətə və dəstəyə  böyük ehtiyacları var. 

- Sizcə, əsl müəllim olmaq nə deməkdir?

- Müəllim olmaq, müəllimlik etməkdən daha yüksəkdir. Bir də müəllim olmaq, müəllimlə şagirdin bir-birlərinə xoş baxa bilmələri, müəllimin şagirddə, şagirdin müəllimdə axtardığı ən yaxşı xüsusiyyətləri əldə etməkdir.

Bu da  bir həqiqətdir ki,  bütün yaş qruplarında olan şagirdlər müəllimlərini güvəniləcək bir insan kimi görür və buna görə də müəllimlərinin yolu ilə irəliləyirlər. Biz müəllimlər də hər zaman özümüzü şagirdlərimizin yerinə qoymalıyıq. Onların bizdən gözlədikləri, istəkləri əsas iş prinsipimiz olmalıdır.

- Dərs  prosesində şagirdlərin marağını artırmaq üçün hansı yenilikləri tətbiq edirsiniz?

- Yeni  üsulun  bir çox üstünlükləri var. Dərs müddətində müxtəlif kurikulum  üsullarından istifadə edərək dərsi qururam. Şagirdlərlə rollu oyunlar və ya karusel kimi üsullardan istifadə edirəm. Hər zaman yenilikləri şagirdlərin qəbul edəcəyi formada izah etməyə çalışıram. 

- Gələcəklə bağlı planlarınız  necədir?

- Arzum budur ki,  pedaqoji  fəaliyyətimlə əsl şəxsiyyət olan vətəndaşlar yetişdirim. Çünki Azərbaycanımız dahi insanlar yurdudur. Nizamilər, Füzulilər yetişdirmiş bu torpaqda müəllimlər əlindən gələni elə etməli, elə işləməlidirlər ki, onların yetişdirdiyi ağaclar elə məhsul versin ki, bütün dünya bu torpaqdan, bu diyardan danışsın!

Unutmamalıyıq ki, Vətənə dəstək olmaq, onun çiçəklənməsində əlindən gələni etmək hər bir vətəndaş kimi biz  müəllimlərin də  borcudur!

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə  məsul şəxsi
muallim.edu.az



Загрузка...
Həmçinin oxuyun:
Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Quba rayonuna mediatur keçirilib

Quba rayonuna mediatur keçirilib

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

Astaralı gənc müəllim: Qarşıma qoyduğum məqsədə valideynlərimin köməyi ilə çatmışam

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Heç zaman unudulmayan müəllimlərimiz

Heç zaman unudulmayan müəllimlərimiz

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır