AzTehsil.com


Xəbərlər / Maraqlı
24 fevral 2020
1 520


29 fevralın sirri



 

E.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. 
 
Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə - iyul ayına öz adını verir. 
 
Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 günü kəsib, avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir. 29 fevral 28 ildən bir bazar gününə düşür və bu fevralın 5-ci bazarı olur. 
 
Hazırda Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqorian təqvimində də belədir. Amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə, həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. 
 
Bir çox ölkələrdə məhz bu gün özəl bir gün hesab edilir. Bir sıra ölkələrdə isə 29 fevralda heç bir dövlət işləri həyata keçirilmir, müqavilələr bağlanmırdı. 29 fevralın özəlliyi o idi ki, məhz bu günü qadın sevdiyi kişiyə evlilik təklif edə bilərdi. 
 
Bu adət-ənənə ilk dəfə V əsrdə İrlandiyada yaranıb. Rəsmiləşməsi isə XIII əsrdə Şotlandiyada xüsusi qanunun qəbuluna təsadüf edir. XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı. 
 
Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı. 
 
Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. Valideynlər fevralın 29-u dünyaya gələn körpələrini başqa tarixə qeydiyyata salmağa çalışır. 
 
Hazırda statistikaya görə, 4 milyon insan doğum gününü fevralın 29-da qeyd etməli olur. Fevralın 29-da anadan olanlar arasında tanınmış insanlar da olub. 
 
Məsələn  italyan bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, məşhur xizəkçi Raisa Smetanina həmin gün anadan olublar. 
 
Hazırda da bir çox insanlar bu tarixi yadda qalan etmək üçün nişan, toy kimi özəl günlərini məhz bu tarixə salırlar.



Загрузка...
Həmçinin oxuyun:
2 fevral Azərbaycanda gənclər günü.

2 fevral Azərbaycanda gənclər günü.

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün keçiriləcək

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün keçiriləcək

Bu gün milli televiziya və radio günüdür

Bu gün milli televiziya və radio günüdür

Məktəblərdə qış tətili başlayıb

Məktəblərdə qış tətili başlayıb

Mart ayı bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Mart ayı bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Qeydiyyat davam edir - SON 2 gün

Qeydiyyat davam edir - SON 2 gün

4 gün iş olmayacaq

4 gün iş olmayacaq

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Tələbə adını qazananlara xəbərdarlıq: Qeydiyyat üçün son 3 gün

Tələbə adını qazananlara xəbərdarlıq: Qeydiyyat üçün son 3 gün

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

28 May Respublika Günü

28 May Respublika Günü

Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır - Nazir müavini

Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır - Nazir müavini

Nazirlikdən kəskin hava ilə bağlı açıqlama

Nazirlikdən kəskin hava ilə bağlı açıqlama

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başa çatır

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başa çatır

Tələbə Türkiyədə itkin düşüb

Tələbə Türkiyədə itkin düşüb

Fevralın 15-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon  mərhələsi keçirilib.

Fevralın 15-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

56 namizəd müsahibəyə gəlmədi

56 namizəd müsahibəyə gəlmədi

Azərbaycanda 6 gün iş günü olmayacaq

Azərbaycanda 6 gün iş günü olmayacaq