AzTehsil.com


Xəbərlər
19 fevral 2020
1 328


BŞTİ müdiri vətəndaşları qəbul edib



 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 167 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib.

 Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçirilən qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusun tikilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, eksternat imtahanı, dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
 muallim.edu.az 
 




Загрузка...