AzTehsil.com


Xəbərlər
10 fevral 2020
1 427


SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş



SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 

Fevralın 10-da Təhsil Nazirliyində SABAH IV Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə SABAH Karyera Qış Məktəbi layihəsinə dair videoçarx nümayiş olunub.

Daha sonra SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu qrupların fəaliyyəti barədə təqdimatla çıxış edib.

SABAH IV Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış Məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələrindən, uğurlu karyera qurmağın yollarından danışıb. Firudin Qurbanov "SABAH” qruplarının gənclər üçün açdığı imkanlara da toxunub. Qeyd edib ki, "SABAH” qruplarının 2019-cu il məzunlarının 39, 75 faizi Azərbaycanda, 19,40 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub.

Görüşdə "SABAH” Karyera Akademiyası barədə məlumat verilib və bildirilib ki, akademiya 2017-ci ildə "SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, bu il keçirilən SABAH IV Karyera Qış Məktəbində 68 tələbə iştirak edəcək. Fevralın 13-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Qış Məktəbində tələbələrə əlavə olaraq, emosional intellekt, əmək qanunvericiliyi haqqında təlimlərin keçirilməsi də planlaşdırılır. Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər "(Azercell”, "Kapital Bank”, "GoldenPay”, "Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər.

Karyera Qış Məktəbi ilə yanaşı SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə "Data vizuallaşdırılması və infoqrafika”, "Yeni universitet identikliyi” və "Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında təlimlər təşkil olunacaq.

Görüşün sonunda Qış Məktəbində iştirak edəcək təlimçilərə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

"Mən SABAHın məzunuyam”

"Mən SABAHın məzunuyam”

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir