Xəbərlər
27 yanvar 2020
1 292


Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

 

Yanvarın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb.  Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunan "Könüllülər ili” çərçivəsində keçirilib.

Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsi, "Bir” Tələbə-Könüllü proqramının nümayəndələri və tələbə-könüllülər iştirak ediblər.

Memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviqi, idman və  xüsusilə paralimpiya yarışlarına marağın artırılması, gənclərə asudə vaxtlarını səmərəli istifadə etmək üçün əlverişli mühit yaratmaq, tədbirlərin həyata keçirilməsində tələbə-könüllülərin iştirakını təmin etmək, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, həmçinin, inklüziv könüllülüyün inkişafına şərait yaratmaqdan ibarətdir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin fəaliyyəti, həyata keçirdiyi uğurlu tədbirlər barədə danışıb və yerli, eləcə də beynəlxalq yarışların təşkilində tələbə-könüllülərin dəstəyini, ölkədə olan könüllü hərəkatlarının əhəmiyyətini vurğulayıb.

"Bir” Tələbə-Könüllü proqramının rəhbəri Canoğlan İlyasov könüllülüyün əhəmiyyətindən danışıb, proqram haqqında məlumat verib.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 11 şəhərində yerləşən 44 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23 mindən çox tələbə-könüllü üzvə malik olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Ağdam, Şamaxıda keçirilmiş 550-dən çox tədbirləri müşaiət edib, bir sıra tədbir və aksiyaları təşkil edib. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Proqrama könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytından qeydiyyatdan keçə bilərlər.
edu.gov.az 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb

“Bir” Tələbə-Könüllü proqramı

“Bir” Tələbə-Könüllü proqramı

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər Bakı Marafonunda

Tələbə-könüllülər Bakı Marafonunda

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Tələbələr arasında könüllülüyün təbliğinə dair qrant müsabiqəsi

Tələbələr arasında könüllülüyün təbliğinə dair qrant müsabiqəsi

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək

“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək