AzTehsil.com

Xəbərlər
14 yanvar 2020
1 251

Təhsil Nazirliyinin “Nəsimi ili” ilə bağlı yekun tədbiri

Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, nazirliyin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Təhsil naziri "Nəsimi ili” ilə bağlı görülən tədbirlərə toxunaraq deyib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şairin 650 illik yubileyi münasibəti ilə "Azərbaycanımızı yaşıllaşdıraq” devizi altında başladılan kampaniyaya təhsil işçiləri də qoşulub. Ceyhun Bayramov təhsil müəssisələrində də yubiley ilinə həsr edilən ədəbi bədii gecələr, müsabiqələr, elmi-praktik konfranslar, şagirdlər arasında təşkil edilən intellektual yarışlar, ədəbi-bədii kompozisiyalar, tamaşalar, dəyirmi masalar keçirildiyni vurğulayıb.

Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib və qeyd edib ki, Nəsiminin əsərləri təhsilin bütün pillələrində geniş tədris olunmaqla müasir dövrdə gənclərin formalaşmasında, onların inkişafında böyük bir xəzinə olaraq xalqa xidmət edir.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin üzvləri tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış "Mənəm” tamaşası nümayiş olunub.

Tamaşanın sonunda qonaqlar yaradıcı heyəti təbrik edib, xatirə şəkli çəkdirilib. edu.gov.az 

Загрузка...
Həmçinin oxuyun:
İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

“Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

“Pəncü-şeş”ləşən “Sığmazam”ın sədaları altında toyxanalarda  qol görürüb şıdırğı süzürük…

Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd edilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib